ərəb. sabina sözündən olub, qiymətli, dəyərli anlamlarındadır. Bəzi mənbələrdə sözün latın mənşəli olduğu, sonradan ərəb, yəhudi, slavyan dillərinə keçdiyi barədə məlumatlara da rast gəlinir.
Səbinə Azərbaycan antroponimikasına XX əsrin altmışıncı illərindən daxil olmuş qadın adlarındandır. Keçmiş Sovet İttifaqına daxil edilmiş türk xalqlarının, demək olar ki, hamısında bu qadın adına rast gəlinir. Odur ki, adın ərəb dilindən birbaşa keçdiyini dəqiq söyləmək çətindir. Adın təhrif olunmuş Səbunə forması da sonradan müstəqil qadın adı kimi rəsmiləşmişdir.
Azərbaycan şəxs adlarının izahlı lüğəti