ərəb. sündüs qədimdə parlaq, qızılı, yaxud gümüşü saplardan toxunmuş, gül işləməli ipək parça növünün adındandır.
Sündüs qadın adının təhrif olunmuş Sündüz forması da sonradan müstəqil qadın adı kimi rəsmiləşmişdir. Bu gün məişətimizdə çox nadir hallarda rast gəlinən ad yalnızSündüz şəklindədir.
Azərbaycan şəxs adlarının izahlı lüğətiərəb. sürayya sözündəndir. Müasir Azərbaycan dilində Ülkər və ya Yeddiqardaş adlanan ulduzun ərəb dilindəki adıdır.
Qədim astral təsəvvürlərə görə, Sürəyya pleyadası Böyük Köpək bürcünün xaltasıdır. XX əsrdə Sürəyya qadın adı çox populyar olmuşdur. Məlum olduğu kimi, keçən əsrin ortalarında əmək qəhrəmanı Sürəyya Kərimovanın şöhrəti hər yana yayılmışdı, şəninə bəstələnmiş məşhur “Sürəyya” mahnısı dillər əzbəri idi. Bütün bunlar adın məişətimizdə çox geniş yayılmasında əsas rol oynamışdı. XX əsrdəki qədər olmasa da, bu gün Azərbaycanda Sürəyya adını daşıyan qadınların sayı kifayət qədərdir. Adın təhrif olunmuş Surayya, Suraya, Surayə formaları da sonradan müstəqil qadın adı kimi rəsmiləşmişdir. Adın daşıyıcılarından Sürəyya Ağaoğlu (1903-1989) Azərbaycan Demokratik Respublikasının yaradılmasında əməyi keçən ziyalılarımızdan Əhməd bəy Ağaoğlunun qızıdır. Azərbaycanda bolşeviklər hakimiyyətə gəldikdən sonra ailəsi ilə Türkiyəyə köçmüş Əhməd bəy ömrünün sonuna qədər elmi fəaliyyətlə məşğul olmuşdur. Türkiyənin ilk qadın vəkili, Beynəlxalq Qadın Hüquqşünaslar Cəmiyyətinin ilk prezidenti olan Sürəyya Ağaoğlu həm də Azad Fikirləri Yayma Dərnəyi və Türk-Amerikan Universitetlər Dərnəyinin təməlqoyucusudur. Bir sıra hüquqi məqalələrin, “Londonda gördüklərim” və “Bir ömür də belə keçdi” kitablarının müəllifidir.
Azərbaycan şəxs adlarının izahlı lüğətiazərb. sürma (sürtmak feilindəndir) qadınların gözəl görünmək, özlərinə bəzək vurmaq məqsədilə gözlərinə, qaşlarına çəkdikləri qaraya çalan, tünd göy rəngli boyanın adıdır.
Azərbaycan dilindən digər dillərə də keçmiş sözlər sırasındadır. Sürmə qadın adı qadınların qaş-gözlərinə vurduğu boyanın adındandır.
Azərbaycan şəxs adlarının izahlı lüğətifars. süsan iri bənövşəyi, göy və ya sarımtıl gülləri olan bitkinin və onun çiçəyinin adındandır.
Bu gün artıq məişətimizdə unudulmaqda olan adlar sırasında olan Süsən qadın adına digər xalqların dillərində də Susan, Susanna şəklində rast gəlinir. Cənubi Qafqazda yaşayan xalqların məişətində geniş yayılmış qadın adlarındandır.
Azərbaycan şəxs adlarının izahlı lüğətirus. Svetlana qadın adındandır. XX əsrin iyirminci illərindən rusların məişətində çox geniş yayılmış qadın adlarından olan Svetlana adı dilimizə həm Svetlana, həm də Sveta (Svetlana adının əzizləmə və oxşama məzmunlu kiçiltmə forması) kimi daxil olmuşdur.
Svetlana qadın adı işıq, nur, parlaqlıqla əlaqədar anlamlar ifadə edir. Adın təhrif olunmuş forması Svet də sonradan müstəqil qadın adı kimi rəsmiləşmişdir.
Azərbaycan şəxs adlarının izahlı lüğəti