ərəb. sacid sözündəndir. Sacidə qadın adı səcdə edən, dua edən mənalarını ifadə edən Sacid kişi adından (bax: ad – SABİT) ənənəvi yolla yaranmışdır.
Məişətimizdə nadir şəxs adlarındandır. Qeyd etmək lazımdır ki, bu gün Türkiyə türklərinin məişətində Sacid (Sacit şəklindədir) kişi adı kimi, Sacidə qadın adı da geniş yayılmışdır.
Azərbaycan şəxs adlarının izahlı lüğətiazərb. saçlı saçları uzun, qalın saçı olan, hörükləri uzun mənasındadır. Saçlı məişətimizdə bu gün artıq unudulmaqda olan qadın adları sırasındadır.
Azərbaycanın Xalq Yazıçısı S.Rəhimovun (1900-1983) “Saçlı” romanındakı əsas surətin – Ruxsarənin adındandır. Əsərdə həddən artıq gözəl, savadlı həkim, mübariz qadın kimi təqdim edilən Ruxsarəni çox uzun qalın hörükləri olduğu üçün Saçlı deyə çağırırlar. Beləliklə, Saçlı adı əsərin əsas surətinə məhəbbətin nəticəsi kimi məişətimizə daxil olmuşdur.
Azərbaycan şəxs adlarının izahlı lüğətiərəb. safura sözü sarı, saralmış mənasındadır. Lüğətlərdə Safurə qadın adının fars dilindəki seyfur (ipək parça adı) sözündən olduğu barədə məlumatlara rast gəlinir.
Adın təhrif olunmuş Safura, Səfurə formaları da sonradan müstəqil qadın adı kimi rəsmiləşmişdir.
Azərbaycan şəxs adlarının izahlı lüğəti