azərb. qoca türk dillərində olduğu kimi, qocalmış, yaşı ötmüş, həmçinin kişi, ər, təcrübəli mənasındadır.
Azərbaycan antroponimikasında qədim kişi adları sırasındadır. Qoca şəxs adına hələ “Kitabi-Dədə Qorqud” dastanlarında rast gəlinir. Bu gün məişətimizdə Qoca kişi adı artıq arxaikləşmişdir. Azərbaycan antroponimikasında köhnəlmiş şəxs adlarından olan Qoca adı yalnız soyadlarda yaşayan kişi adlarındandır. Qocayev, Qocalı, Qoca soyadları bu gün geniş yayılmış soyadlar sırasındadır. Bu da məişətimizdə yaxın keçmişə qədər Qoca kişi adının geniş yayıldığına dəlalət edir.
Azərbaycan şəxs adlarının izahlı lüğətiazərb. qoç və mürəkkəb adların tərkibində işlənən ar sözlərinin birləşməsindən əmələ gəlmiş şəxs adıdır.İgid, qorxmaz kişi anlamlarına gəlir.
Qoçər (bax: ad – ƏR) antroponiminin tərkibindəki qoç sözü danışıq dilində bu gün də igid, qoçaq, qoxmaz, həmçinin çox sağlam mənalarında işlənməkdədir. Qeyd etmək lazımdır ki, ər sözü müasir ədəbi dilimizdə yalnız qadının həyat yoldaşı mənasında işlənsə də, əvvəllər igid mənasını da ifadə etmişdir. Başqa sözlə, Qoçər mürəkkəb kişi adının tərkibində mövcud adların hər ikisinin apelyativi arxaikləşmişdir. Bu gün artıq dilimizin antroponimikasında az işlənən şəxs adları sırasında olan Qoçər, əsasən, soyadlarda yaşayan kişi adlarındandır.
Azərbaycan şəxs adlarının izahlı lüğətiazərb. qoçu sözündəndir. Qoçu keçmişdə ixtiyar sahiblərinin, imkanlı şəxslərin yanında, bir növ, cangüdən, mühafizəçi kimi çalışan, qolugüclü, həmçinin ixtiyar sahiblərinə məxsus ərazilərə nəzarət edən, qan tökməkdən belə çəkinməyən qoluzorlu şəxslərə deyilmişdir.
Hətta filankəsin qoçusu, bu məhəllənin qoçusu kimi ifadələr də mövcud olmuşdur. Müasir Azərbaycan dilində qoçu sözü işlənmir. Danışıqda məcazi mənada özbaşına, mənəm-mənəmlik edib, heç kəsdən qorxub-çəkinməyən adamlar haqqında qoçu deyilir. Qoçu sözü Özünü ela aparır ki, ela bil buraların qoçusudu; Qoçudu ela bil, heç kasdan qorxmur; Buraların qoçusu da filankasdi; Qoçuluğu burax, xeyir tapmazsan və s. kimi deyimlərdə hələ də yaşamaqdadır. Bu gün artıq dilimizin antroponimikasında apelyativi arxaikləşmiş, yaxud köhnəlmiş şəxs adları sırasında olan Qoçu yalnız soyadlarda yaşayan kişi adlarındandır.
Azərbaycan şəxs adlarının izahlı lüğətitürk. Qoçu adının və mürəkkəb adların tərkibində işlənən bəy titulunun birləşməsindən əmələ gəlmiş şəxs adıdır. İgid, qorxmaz bəy anlamlarına gəlir.
Qoçubəy (bax: ad – QOÇU; BƏY) antroponiminin tərkibindəki adların hər ikisinin apelyativi arxikləşmişdir. Bu gün artıq dilimizin antroponimikasında köhnəlmiş şəxs adları sırasında olan Qoçubəy yalnız soyadlarda yaşayan kişi adlarındandır.
Azərbaycan şəxs adlarının izahlı lüğətiazərb. qonaq sözü görüşmək üçün və ya başqa bir məqsədlə evə gələn adam, başqasının evinə getmiş kənar şəxs, bayrama, toya, ziyafətə dəvət alan, həmçinin müvəqqəti bir yerdə qalan kənar adam mənalarındadır.
Azərbaycan antroponimikasında köhnəlmiş şəxs adlarından olan Qonaq bu gün, əsasən, soyadlarda yaşayan kişi adları sırasındadır.
Azərbaycan şəxs adlarının izahlı lüğətitürk. qorçu sözündəndir. Əvvəllər sərhəd qoruyucusu, hökmdarın qoruyucusu, şəxsi mühafizəçisi qorçu adlanırdı.
Erkən dövrlərdə sərhəddə baş verən hər hansı bir hadisəni lazım olan məntəqəyə çatdırmaq üçün qorçular iri tonqallar yandırarmış. Odlu silah kəşf edildikdən sonra silahdan istifadə edənlərə qorçular deyilirdi. İlk odlu silahları adətən hökmdarların mühafizə dəstəsində olanlar – qorçular gəzdirərdi. Bu gün artıq dilimizin antroponimikasında apelyativi arxaikləşmiş, yaxud köhnəlmiş şəxs adları sırasında olan Qorçu yalnız soyadlarda yaşayan kişi adlarındandır.
Azərbaycan şəxs adlarının izahlı lüğətitürk. Qorçu adının və mürəkkəb adların tərkibində işlənən bəy titulunun birləşməsindən əmələ gəlmiş şəxs adıdır.
Qorçubəy (bax: ad – QORÇU; BƏY) kişi adı qoçaq bəy, qorxubilməz bəy anlamlarına gəlir. Qeyd etmək lazımdır ki, Qorçubəy antroponiminin tərkibindəki adların hər ikisinin apelyativi arxaikləşmişdir. Bu gün artıq dilimizin antroponimikasında köhnəlmiş şəxs adları sırasında olan Qoçubəy yalnız soyadlarda yaşayan kişi adlarındandır.
Azərbaycan şəxs adlarının izahlı lüğətiazərb. qorxmaz sözü igid, qoçaq, heç nədən qrxmayan, çəkinməyən, cəsur, igid mənalarındadır.
Məişətimizə XX əsrin 30-cu illərindən daxil olmuş Qorxmaz kişi adı görkəmli yazıçı C.Cabbarlının “Od gəlini” dramında yaratdığı surətlərin birinin adındandır. Əsərdə ilk dəfə işlənmiş Qorxmaz kişi adı ədibin yaratdığı əsərlərdəki bir çox surətlərin adı kimi sevilərək yaşadıldı. XX əsrdən bu günə qədər məişətimizdə geniş yayılmış kişi adları sırasındadır.
Azərbaycan şəxs adlarının izahlı lüğətiqəd. türk dil. olan qorqud sözünün bir neçə mənası vardır: 1. Xoşbəxt od, xoşbəxtlik odu; 2. Hər şeyi bilən, gələcəkdən xəbər verən; 3. Qorxunc, heybətli, sərt, yavuz; 4. Qorxu, qorxmaq; 5. ulamac, horra, xəşil.
Qorqud türk xalqlarının müştərək abidələrindən olan “Kitabi-Dədə Qorqud” dastanlarındakı ozan, övliya Dədə Qorqudun adındandır. Qədim adlardandır. Sultan İldırım Bəyazitin oğlunun adı da Qorqud olmuşdur.
Azərbaycan şəxs adlarının izahlı lüğətitürk. qoçqar sözündəndir. Qoşqar qədim türk tayfalarından olan Qaşqarlar tayfasının adındandır.
Bir sıra lüğətlərdə Kiçik Qafqazda hündür dağ zirvəsinin – Qoşqar dağının adı ilə də əlaqələndirilir. Qeyd etmək lazımdır ki, Azərbaycan ərazisində Qoşqar həm də çay adıdır. Daşkəsən rayonu ərazisində Qoşqarçay yaz-yay, payız aylarında aşıb-daşan dağ çaylarındandır. Məlum olduğu kimi, Azərbaycan antroponimikasında dağ adlarından, eləcə də su hövzələrinin adlarından yaranmış kişi adları kifayət qədərdir. Lüğətlərdə Qoşqar da bu qəbildən olan kişi adları sırasına aid edilir. Oronim, həmçinin hidronim mənşəli ad olması ilə bağlı izahları da kənar etmək olmaz. Qoşqar adının tayfa adından olması daha inandırıcıdır. Adın məşhur daşıyıcılarından XX əsrin altmışıncı illərindən etibarən Azərbaycanda riyaziyyatın müxtəlif yeni sahələrinin (optimal idarəetmə nəzəriyyəsi, meyil edən diferensial tənliklər nəzəriyyəsi, dayanıqlıq nəzəriyyəsi) öyrənilməsində xüsusi rolu olmuş Azərbaycan SSR EA-nın müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor Qoşqar Teymur oğlu Əhmədov (1917-1975) ölkəmizdə görkəmli alimlərdən olmuşdur.
Azərbaycan şəxs adlarının izahlı lüğətiazərb. qoçun sözündəndir. Qoşun müasir Azərbaycan dilində ümumişlək sözlərdən olub, bir dövlətin nizami hərbi qüvvələri və onların bir hissəsi mənasındadır.
Dilimizdə qoşun sözü ilə əlaqədar qoçun çakmak, qoçun qabağında dayanma və s. kimi ümumişlək ifadələr də mövcuddur. Qoşun kişi adı məişətimizdə unudulmaqda olan kişi adları sırasındadır.
Azərbaycan şəxs adlarının izahlı lüğətiazərb. Qoçun və Əli adlarının birləşməsindən əmələ gəlmiş şəxs adıdır.
Qoşunəli (bax: ad – QOŞUN; ƏLİ) kişi adı Əli qoşunu mənasını ifadə edir. Mənbələrdə adın əsasında duran Qoşun kişi sonrakı dövrə aid edilsə də, Qoşunəli nisbətən erkən dövrlərə aiddir. Qoşunəli kişi adı Ə.Haqverdiyevin yaradıcılığında müşahidə edilir.
Azərbaycan şəxs adlarının izahlı lüğəti