Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

QORQUD

qəd. türk dil. olan qorqud sözünün bir neçə mənası vardır: 1. Xoşbəxt od, xoşbəxtlik odu; 2. Hər şeyi bilən, gələcəkdən xəbər verən; 3. Qorxunc, heybətli, sərt, yavuz; 4. Qorxu, qorxmaq; 5. ulamac, horra, xəşil.

Qorqud türk xalqlarının müştərək abidələrindən olan “Kitabi-Dədə Qorqud” dastanlarındakı ozan, övliya Dədə Qorqudun adındandır. Qədim adlardandır. Sultan İldırım Bəyazitin oğlunun adı da Qorqud olmuşdur.

Azərbaycan şəxs adlarının izahlı lüğəti