qəd. türk dil. laçın quş adıdır. Laçın keçmişdə quş ovlamaq üçün bəslənilən şahin cinsindən olan yırtıcı, alıcı quşun adındandır, həmçinin hünərli, cəsarətli kimi məcazi mənalar ifadə edir.
Klassik ədəbiyyatda gözəl gözlü kimi məcazi mənada tez-tez rast gəlinir. Mənbələrdə türk tayfalarından birinin adından olduğu barədə məlumatlara da rast gəlinir. Azərbaycan antroponimikasında müştərək şəxs adları sırasında olan Laçın sözün hünərli, cəsarətli mənaları ilə əlaqədardır. Ölkəmizdə Laçın həm də toponimdir. Azərbaycanın dağlıq hissəsində yerləşən səfalı yerlərdən biri də Laçın bölgəsidir.
Azərbaycan şəxs adlarının izahlı lüğətifars. lala iri ləçəkli qırmızı çiçəkləri olan bitki və bu bitkinin gülünün adıdır. Azərbaycanda qırmızı rəng mənasını da ifadə edir.
Türk antroponimik vahidlər sistemində mövcud Lalə qadın adı, əsasən, dağlıq ərazilərdə bitən, çox gözəl qırmızı rəngli gülün adındandır. XX əsrin ortalarından məişətimizdə geniş yayılmış qadın adlarındandır. Əminliklə demək olar ki, Lalə bu gün dəbdə olan qadın adları sırasındadır.
Azərbaycan şəxs adlarının izahlı lüğətifars. lamia sözündəndir. Ərəb dilində iki müxtəlif kökdən formalaşmış Lamiə qadın adı mövcuddur. Vurğu adın sonuna düşərsə, Lamiə qadın adı dodaqları tünd olan (qadın) mənasını ifadə edir. Sözün əvvəlinə vurğu düşərsə, Lamiə parıldayan, işıldayan mənalarını ifadə edir.
Əminliklə demək olar ki, məişətimizdə qız övladlara Lamiə adını qoyarkən adın ifadə etdiyi mənalara əhəmiyyət verilməmişdir. Qeyd etmək lazımdır ki, Azərbaycan antroponimikasına Lamiə adının daxil olması XX əsrin 60-cı illərinə təsadüf edir. Keçən əsrin 60-cı illərində məşhur türk yazıçısı Rəşad Niri Güntəkinin (1889-1956) əsərləri Azərbaycanda tanınandan sonra əsərlərdəki əsas surətlər də, onların adları da çox sevilmişdi. Lamiə yazıçının 1924-cü ildə qələmə aldığı, Azərbaycanda keçən əsrin 60-cı illərində tərcümə edilən, oxucuların qəlbinə yol tapan “Dodaqdan qəlbə” romanının əsas surətlərindən birinin adıdır. Beləliklə, Lamiə qadın adı məişətimizə sevilən surətin adı kimi daxil olmuş, geniş yayılmışdı. XX əsrin 60–70-ci illərindən günümüzə qədər Azərbaycanda Lamiə çox geniş yayılmış qadın adları sırasındadır. Lamiə qadın adının dilimizin fonetik qanununa görə dəyişmiş forması Lamiyə də sonradan müstəqil qadın adı kimi rəsmiləşmişdir. Əminliklə demək olar ki, Lamiə/Lamiyə bu gün də məişətimizdə dəbdə olan qadın adlarındandır.
Azərbaycan şəxs adlarının izahlı lüğətilat. laura (əslində laurea) sözü dilimizə tərcümədə dəfnə ağacı və ağacın yarpağı deməkdir.
Laura həm də mənbə dildə zəfər simvoludur. Laura qadın adı dilimizdə rus dili vasitəsilə alınma şəxs adları sırasındadır. Məişətimizə keçən əsrin 30-cu illərindən daxil olmuş Laura qadın adı uzunömürlü olmamışdır. Bu gün adın daşıyıcıları, əsasən, yaşlı nəslin nümayəndələridir.
Azərbaycan şəxs adlarının izahlı lüğətiərəb. leyla (əslində leyla) sözü çox qaranlıq gecə mənasındadır.
Ərəb dilinin oxu qaydalarına əsasən, bəzən sözün sonunda gələn ia kimi oxunmalıdır. Bu qaydaya dəqiq riayət olunmadığından adın həm Leyla, həm də Leyli kimi iki variantı mövcuddur. Bu səbəbdəndir ki, Şərqdə məşhur məhəbbət hekayəsi həm “Leyla və Məcnun”, həm də “Leyli və Məcnun” adı ilə tanınır. XX əsrdə olduğu kimi, bu gün də Leyla məişətimizdə geniş yayılmış adlardandır.
Azərbaycan şəxs adlarının izahlı lüğəti