burzu (əslində buruz) sözündən olub, dilimizdə üzə çıxma, aşkarda olma, həmçinin ədavət, süründürmə mənalarını ifadə edir. Burzu kişi adı sözün aşkarda olma, üzə çıxma mənaları ilə əlaqədardır.
XX əsrin ortalarına qədər məişətimizdə geniş yayılmış Burzu kişi adı bu gün artıq unudulmaqda olan şəxs adları sırasındadır.
Azərbaycan şəxs adlarının izahlı lüğətibuta sözündəndir. Buta sözü dilimizdə bir neçə məna ifadə edir: 1. Qönçə; 2. Gül və badam formasında parça üzərində kiçik naxış, kiçik gül şəkli; 3. İçində qiymətli metallar – qızılgümüş əritmək üçün odadavamlı material olan gildən düzəldilmiş qab.
Azərbaycan antroponimikasında müştərək şəxs adları sırasında olan Buta kişi adı sözün üçüncü, yəni gil qab mənası ilə əlaqədardır.
Azərbaycan şəxs adlarının izahlı lüğətibülbül (əslində bolbol) sözü gözəl səsli quş deməkdir.
Bülbül Azərbaycan antroponimikasında təxəllüsdən yaranmış şəxs adları sırasındadır.XIX əsrdə Şuşada “Məclisifəramuşan” ədəbi məclisinin fəal üzvlərindən olmuş şairlərdən Molla Saleh Bülbülün təxəllüsündəndir. Sonradan rəsmi ad olaraq formalaşsa da, məişətimizdə geniş yayılmamışdır.
Azərbaycan şəxs adlarının izahlı lüğətibüland sözü uca, yüksək anlamlarını ifadə edir. Bülənd/ Bülənt şəxs adı asimana, ərşə bülənd olmaq, yəni göylərə qalxmaq, yüksəlmək, ucalmaq mənasındadır.
Qədim türk adlarındandır. Adın təhrif olunmuş forması Bülənt də sonradan müstəqil kişi adı kimi rəsmiləşmişdir.
Azərbaycan şəxs adlarının izahlı lüğətibünyad sözü özül, təməl; əsas, kök mənasınıdadır. Şəxs adı olaraq Bünyad özül, təməl sözü ilə əlaqələndirilir.
Bu gün Bünyad artıq məişətimizdə unudulmaqda olan kişi adlarındandır. Lakin Bünyadov, Bünyadzadə, Bünyadlı soyadlarının kifayət qədər olması məişətimizdə XX əsrin ortalarına qədər Bünyad kişi adının geniş yayılmasına dəlalət edir.
Azərbaycan şəxs adlarının izahlı lüğətibürc sözü və mürəkkəb adların tərkibində işlənən Əli sözlərinin birləşməsindən yaranmış addır. Dilimizdə bürc sözü bir neçə məna ifadə edir: 1. Qədim şəhər hasarının üzərində müşahidə və müdafiə qülləsi, qala çıxıntısı; 2. Göydə Günəş dairəsinin bölündüyü on iki cisimdən biri. Bürcəli (bax: ad – ƏLİ) kişi adı Əli qülləsi, Əli bürcü anlamındadır.
Azərbaycan antroponimikasında köhnəlmiş, yalnız soyadlarda yaşayan kişi adları sırasındadır.
Azərbaycan şəxs adlarının izahlı lüğətibüsat sözündən olub, müəyyən qayda və üsullarla tərtib edilmiş şənlik, məclis, bayram, təziyə, mərasim; təmtəraq, dəbdəbə, dəsgah anlamlarını ifadə edir.
Ailələrdə övladın dünyaya gəlişi əzizləri, yaxınları arasında əsl bayram, şənlik abhavası yaradır. Sevinən ailə üzvləri, yaxınlar, valideynlər də övlada bayram, dəsgah mənasını ifadə edən adlar qoyurlar. Azərbaycan antroponimikasında Büsat da bu qəbildən olan kişi adları sırasındadır. Büsat məişətimizdə müştərək şəxs adlarındandır.
Azərbaycan şəxs adlarının izahlı lüğəti