Astara, Bərdə, Borçalı, Cəbrayıl, Cəlilabad, Daşkəsən, Füzuli, Qazax, Lənkəran, Ordubad, Şərur, Tovuz, Yevlax
Çiy südün üzü. □ Savax-savax bir istikən xama yi, gör nejə kökəlersən (Qazax); Xameyi nəhrədə çalxadıx, yaxşı yağımız oldu (Daşkəsən); Dağa gesseydim, çoxlu xama yə:rdim (Cəbrayıl).
Qazax
Xəmir mayası.
Cəlilabad, İmişli, Zəngilan
Xalça toxumaq üçün ip. □ Gəbə toxumağ üçün ikiput xama hazırramışam (Zəngilan); Xamadan ilmə vırallar (İmişli); Xalça toxıyəndə xamam çatmadı, borc aldım (Cəlilabad).
Astara, Lənkəran
Mitillik parça.
Xaçmaz
Qoca.
Azərbaycan dilinin dialektoloji lüğətiAğcabədi, Ağdam, Ağdərə, Bolnisi, Borçalı, Cəbrayıl, Gədəbəy, Goranboy, Göyçay, Qazax, Tərtər, Tovuz
Xəmirinə maya vurulmuş ve sacda bişirilən qalın çörək. □ Fətiri tişim yoxdu də:ni əməlli ötürəmmerəm, xamralıyı yaxşı ye:rəm (Gədəbəy); Xamralıyı yəti <gətir>, bozartmıyı ye:əx' (Borçalı).
Azərbaycan dilinin dialektoloji lüğəti