Astara, Bərdə, Borçalı, Cəbrayıl, Cəlilabad, Daşkəsən, Füzuli, Qazax, Lənkəran, Ordubad, Şərur, Tovuz, Yevlax
Çiy südün üzü. □ Savax-savax bir istikən xama yi, gör nejə kökəlersən (Qazax); Xameyi nəhrədə çalxadıx, yaxşı yağımız oldu (Daşkəsən); Dağa gesseydim, çoxlu xama yə:rdim (Cəbrayıl).
Qazax
Xəmir mayası.
Cəlilabad, İmişli, Zəngilan
Xalça toxumaq üçün ip. □ Gəbə toxumağ üçün ikiput xama hazırramışam (Zəngilan); Xamadan ilmə vırallar (İmişli); Xalça toxıyəndə xamam çatmadı, borc aldım (Cəlilabad).
Astara, Lənkəran
Mitillik parça.
Xaçmaz
Qoca.
Azərbaycan dilinin dialektoloji lüğəti