Ağdaş, Bolnisi, Salyan, Borçalı, Çənbərək, Gədəbəy, Göyçay, İsmayıllı, Kürdəmir, Lənkəran, Masallı, Mingəçevir, Saatlı, Salyan, Tovuz, Yevlax
Ata. □ Bilmirəm bu lələm də hara getdi (İsmayıllı); Ay lələ, navax gedəjən qışdağa (Gədəbəy).
Ağdaş, Balakən, Gədəbəy, Gəncə, Kürdəmir, Qazax, Quba, Zərdab
Böyük qardaş. □ Mən lələmi çox isde:rim (Gədəbəy); Lələm bizi çox isdiyir (Zərdab).
Quba, Salyan
Nökər.
Tovuz, Zərdab, Salyan
Baba. □ Lələm savah To:uza gedəjəx' (Tovuz).
Təbriz
Uşaq saxlayan. □ Varrılar lələ tutardıla.
Azərbaycan dilinin dialektoloji lüğəti