Reklam
Reklam

Azərbaycan dilinin dialektoloji lüğəti

lələ1

Ağdaş, Bolnisi, Salyan, Borçalı, Çənbərək, Gədəbəy, Göyçay, İsmayıllı, Kürdəmir, Lənkəran, Masallı, Mingəçevir, Saatlı, Salyan, Tovuz, Yevlax

Ata.  Bilmirəm bu lələm də hara getdi (İsmayıllı); Ay lələ, navax gedəjən qışdağa (Gədəbəy).

lələ2

Ağdaş, Balakən, Gədəbəy, Gəncə, Kürdəmir, Qazax, Quba, Zərdab

Böyük qardaş.  Mən lələmi çox isde:rim (Gədəbəy); Lələm bizi çox isdiyir (Zərdab).

lələ3

Quba, Salyan

Nökər.

lələ4

Tovuz, Zərdab, Salyan

Baba. □ Lələm savah To:uza gedəjəx' (Tovuz).

lələ5

Təbriz

Uşaq saxlayan. □ Varrılar lələ tutardıla.

Azərbaycan dilinin dialektoloji lüğəti