Ağcabədi, Basarkeçər, Borçalı, Gədəbəy, Goranboy, Kürdəmir, Qazax, Mingəçevir, Ucar, Zərdab
Bax: eğmə. □ Eymənin şoru qufquro:lor, əmə motalınkı yox (Gədəbəy); Eymədə qatıx saxlanır (Ağcabədi); Ağartıyı eyməyə yığırıx yaxşı qalır (Basarkeçər); Eymə, ya tejən bir sözdü (Qazax); A kişi, birəz eymədən pendir gəti (Goranboy); Şoru eyməyəyığajam (Ucar).
Azərbaycan dilinin dialektoloji lüğətiAğbaba, Borçalı, Cəbrayıl, Gədəbəy, Qazax, Mingəçevir, Oğuz, Tovuz
Qorxmaq, ehtiyat etmək. □ Adam qarannıxda eyməner (Qazax); Eyməmməx' oğula yaraşan iş döy heç (Gədəbəy); Tək adam evdə eymənir (Ağbaba); Yaman qarıdı, heş kəsdən eymənmer Güllü (Qazax); Beyjə gəlerdim məytəf tərəfdən, əmmə yaman eyməndim (Borçalı); Elə qarannıxdı kın, adam eşiyə çığmağa eymənir (Tovuz).
Azərbaycan dilinin dialektoloji lüğətiAğdam, Laçın, Şuşa
Bax: aynımax. □ Nənəm çox pisidi, indi yavaş-yavaş eyniyir (Ağdam); Yaram indi eyniyir hələ, də:sən yaxşı olur (Laçın).
Çənbərək, Meğri, Oğuz
Böyümək, boy atmaq, inkişaf etmək. □ Qartof yenijə eyniyif (Çənbərək); Ernəzirdə qoymulla ki, gilas ağaşdarı eynisin, qırılla, koruyulla (Meğri).
Azərbaycan dilinin dialektoloji lüğətiFüzuli, Mingəçevir, Zərdab
Həmişə, daima. □ Bu işi eyzan sən görürsən (Füzuli); Çətin işə eyzan məni buyurursan (Zərdab).
Ağdam, Bərdə, Cəlilabad, Gədəbəy, Xocavənd, Kürdəmir, Qazax, Salyan
Tamamilə, bütünlüklə, başdan-başa. □ Bıra eyzan güllüx'dü (Qazax); Eyzan dədəsinoxşo:r <dədəsinə oxşayır> o gədə (Gədəbəy); Eyzan gül-çiçəkdi bizim bağlar (Kürdəmir).
Azərbaycan dilinin dialektoloji lüğəti