Reklam
Reklam

Azərbaycan dilinin dialektoloji lüğəti

eyzan1

Füzuli, Mingəçevir, Zərdab

Həmişə, daima. □ Bu işi eyzan sən görürsən (Füzuli); Çətin işə eyzan məni buyurursan (Zərdab).

eyzan2

Ağdam, Bərdə, Cəlilabad, Gədəbəy, Xocavənd, Kürdəmir, Qazax, Salyan

Tamamilə, bütünlüklə, başdan-başa. □ Bıra eyzan güllüx'dü (Qazax); Eyzan dədəsinoxşo:r <dədəsinə oxşayır> o gədə (Gədəbəy); Eyzan gül-çiçəkdi bizim bağlar (Kürdəmir).

Azərbaycan dilinin dialektoloji lüğəti