Borçalı, Gədəbəy, Qazax, Salyan, Şəmkir
Sürətlə getmək; qaçmaq (quşa aiddir). □ Səməd elə dazılıyırdı ki, elə bil turanc gedirdi (Salyan); Qurvağalı taladan bəriyəlerdim, bir ndö:rdüm bir çil dazıle:ryernən (Gədəbəy); Qaz dazıladı, tutammadım (Borçalı).
Azərbaycan dilinin dialektoloji lüğətiAğdam, Şərur, Zəngilan
Qəlyan. □ Dosduma bir yaxşı demi bağışdadım (Ağdam); Çəx'dığımıza demi də de:rıx, qəlyan da de:rıx (Zəngilan).
Culfa, Füzuli, Qarakilsə, Naxçıvan, Ordubad, Zəngilan
Dəmyə, su çıxmayan, susuz (yer). □ Bıra demi yerdi, su: yoxdi (Naxçıvan); Demidə arpa əkillər, buğda əkillər (Ordubad); Bizim yerimiz demidi (Culfa); Biz taxılı demidə əkərıx (Zəngilan).
Azərbaycan dilinin dialektoloji lüğəti