Ağdam, Şərur, Zəngilan
Qəlyan. □ Dosduma bir yaxşı demi bağışdadım (Ağdam); Çəx'dığımıza demi də de:rıx, qəlyan da de:rıx (Zəngilan).
Culfa, Füzuli, Qarakilsə, Naxçıvan, Ordubad, Zəngilan
Dəmyə, su çıxmayan, susuz (yer). □ Bıra demi yerdi, su: yoxdi (Naxçıvan); Demidə arpa əkillər, buğda əkillər (Ordubad); Bizim yerimiz demidi (Culfa); Biz taxılı demidə əkərıx (Zəngilan).
Azərbaycan dilinin dialektoloji lüğəti