Ağdam, Bərdə, Füzuli, Şuşa, Tərtər
Göyərti və düyüdən hazırlanan sıyıq xörək. □ Yaz vaxdı bomba ləzət verir (Ağdam);
Boyana bombası olseydi, nə yeyərdim! (Bərdə); Sö:üx dəyən adam bomba yesə tez sağalar (Tərtər); Əzizə xala bomba bişirif (Füzuli).
Yevlax, Mingəçevir
Çörək zavodunda bişirilən kömbə çörək. □ Gələndə bir dənə də bomba al gəti, çörə:imiz azdı (Yevlax).
Ordubad
İri, yekə.
See also:
Azərbaycan dilinin dialektoloji lüğəti