Reklam
Reklam

Azərbaycan dilinin dialektoloji lüğəti

bomba1

Ağdam, Bərdə, Füzuli, Şuşa, Tərtər

Göyərti və düyüdən hazırlanan sıyıq xörək. □ Yaz vaxdı bomba ləzət verir (Ağdam);
Boyana bombası olseydi, nə yeyərdim! (Bərdə); Sö:üx dəyən adam bomba yesə tez sağalar (Tərtər); Əzizə xala bomba bişirif (Füzuli).

bomba2

Yevlax, Mingəçevir

Çörək zavodunda bişirilən kömbə çörək. □ Gələndə bir dənə də bomba al gəti, çörə:imiz azdı (Yevlax).

bomba3

Ordubad

İri, yekə.

Həmçinin bax:

Azərbaycan dilinin dialektoloji lüğəti