►Hansısa bəd niyyəti, riyakar davranışı, xәyanәti həyata keçirmək üçün vasitə.
İfadə Homerin «İliada» əsərindən qaynaqlanaraq yayılmışdır.
Troya bizim eradan 300 il əvvəl mövcud olmuş şəhərdir. Türkiyənin indiki Çanaqqala şəhəri yaxınlığında, Aralıq dənizi sahillərində möhkəm qala divarları ilə əhatə olunmuş Troya tarixin ən qədim şəhərlərindəndir.
Mәşhur Troya müharibəsinin (e.ə. XIII–XII əsrlər) Gözəl Yelena adlı qadın uğrunda başlandığı ehtimal olunur. Bir çox tarixçilər isə qadının sadəcə bəhanə olduğunu iddia edirlər. Çünki Troya varlı, həm də Asiyada ən strateji mövqedə – Bosfor boğazının girişində idi. Şəhər gəmilərdən vergi toplayaraq zənginləşmişdi. Troya ordusu Şərqdə ən güclü ordu hesab olunurdu. Onun başçısı isə Hektor idi. Troyanı işğal etməyə çox dövlətlər cəhd göstərmişdilər.
Uzun mübarizədə Troyanı zəbt edə bilməyən yunanlar hiylə işlətməyə məcbur olmuşdular. Odissey başda olmaqla taxtadan nәhәng bir at düzәldib içәrisinә bir dәstә döyüşçü oturtmuşdular. Qoşun hәmin atı çöldə qoyub çıxıb getmişdi. Məsәlәdәn xәbәrdar olmayan troyalılar darvazanı açıb atı hərbi qənimət kimi şәhәrә gәtirmişlər. Gecә döyüşçülәr taxta atın içərisindən çıxıb şәhәr darvazalarını açmış, beləliklə də qoşun Troyaya daxil ola bilmişdi.
Troya atı haqqında ilk ədəbi məlumatı antik yunan şairi Homer «İliada» poemasında vermişdir.
Məsəllər, deyimlər►Kiminsə uzun müddət bir yerdə qalıb ixtiyar sahibi olduğunu, ədalətsiz idarəçiliyi ilə xalqı boğaza yığdığını bildirən ifadə.
İfadənin Şərq ölkələrində sülalə hakimiyyətlərinin uzun sürməsi, müstəbid rejimlərin xalqı zinhara gətirməsi ilə bağlı yarandığı ehtimal olunur.
Qədim türk dilində «tuğ» sözü «bayraq» mənasını bildirir. Hələ qədimlərdə hər türk tayfasının öz bayrağı olurdu. «Kitabi-Dədə Qorqud» və «Oğuznamə» kimi qədim yazılı abidələrdə rast gəlinən bu sözün «tuği-lənət», yəni «lənət bayrağı» şəklində işlədilməsi təsadüfi deyildir. Qədimlərdə ədalətsiz sülalə hakimiyyətləri uzun sürəndə, zülm və səfalət içində yaşayan xalqın gücü bir şeyə çatmayanda bu sülalənin bayraqlarını lənətləyirdilər. Tədricən həmin bayraqlar rəmzdən daha çox, lənət obyekti kimi qəbul edilirdi. Bayraqları məmləkətin hər yerində illər uzunu dalğalananda, bu sülalə xalqı məhkum edəndə onun bayraqlarını lənətləyirdilər. İfadə də məhz buradan qaynaqlanır.
İfadənin yaranmasının başqa ehtimalı da vardır. Güman edilir ki, qədimlərdə bir ölkəni işğal etdikdə onun hökmdarını arabaya oturdar, boğazına da məğlub ölkənin bayrağını bağlayıb camaat arasında gəzdirər, lənətləyərmişlər.
Bütün hallarda birinci fərziyyəni daha ağlabatan hesab etmək olar.
Məsəllər, deyimlər►Deyiləni mexaniki təkrarlamaq, əzbərləmək, danışdığının mahiyyətinə varmamaq, dediklərinin mənasını anlamamaq.
İfadə tutuquşuların yaddaşa və danışmaq qabiliyyətinə malik olması ilə bağlı meydana çıxmışdır.
Mәlumdur ki, tutuquşular insan danışığını tәkrar edә bilirlәr. Bundan başqa, onlar uzun ömür sürmәlәri vә yaxşı yaddaşları ilә fәrqlәnirlәr. Belә ki, bu quşlar körpәlikdә eşitdiklәri sözlәri bütün ömürlәri boyu xatırlayırlar. Bәs nә üçün bu istedad başqa quşlara deyil, ancaq tutuquşulara məxsusdur?
Rio-Vriodakı tutuquşuları öyrənən institutun əməkdaşları deyirlər ki, əslində, bütün müasir quşlar öz әcdadlarının yaşadıqları ərazinin qәdim dillәrindә «danışırlar»; məsələn, sərçə hinduların qәdim әcdadı olan çeroki qəbilələrinin danışıq dilinә uyğun cikkildәyir.
Tutuquşulara gәldikdә isә onlar qiymәtli bir kəşfi təsdiqləmişlәr. Amazon çayı deltasında tutulmuş tutuquşular (onların tәxminәn 400–406 yaşında olduqları tәyin edilmişdir) bu yaxınlarda alimlәr tәrәfindәn Cәnubi Amerika cәngәlliklərində aşkarlanmış qәbilәlәrin dilindә «danışırlar». Halbuki hәlә son vaxtlaradәk bütün ornitoloqlar belә һesab edirdilәr ki, tutuquşular mənasız səslәr çıxarırlar.
Məsəllər, deyimlər►Çox çətin, riskli, mürəkkəb və tәhlükәli vәziyyәtə düşmək.
İfadə qədim yunan mifologiyasından qaynaqlanmışdır.
Tәdqiqatçılar bu ifadənin mәşhur Damokl qılıncı haqqında rәvayәtlә bağlı olduğunu göstәrirlәr. Bir qonaqlıqda hökmdar Dionisi öz taxtına onun taxt-tacına göz dikmiş Damokl adlı bir nәfәri әylәşdirir. Qonaqlığın şirin yerindә Damokl başını yuxarı qaldırıb görür ki, onun düz başının üzәrindә at tükünә bağlanmış bir qılınc ucu aşağı sallanıb. Onda başa düşür ki, hökmdarın xoşbәxt görünәn hәyatı, adәtәn, tәhlükәlәrlә dolu olur.
Hәmin ifadә dünyanın hər yerinə yayılıb və Azərbaycan dilində də gərgin vəziyyəti bildirmək üçün tez-tez işlədilir.
Məsəllər, deyimlər►Hiylə işlədib (xüsusən də qoca yaşında) başqalarını aldatmaq yolu ilə nəyəsə nail olmaq istəyən adamlar haqqında deyilən ifadə.
İfadə Abdulla Şaiqin xalq nağılı əsasında yazdığı «Tülkü həccə gedir» adlı əsərindən sonra geniş yayılmışdır.
Əsərdə qocalıb əldən düşmüş tülkü toyuq-cücə tutub yemək imkanı olmadığından hiyləyə əl atır. O, əyninə əba geyir, başına əmmamə qoyur, əlinə əsa alır, toyuqları ətrafına toplayıb onlara müraciətlə deyir:
– Mən bu vaxta qədər sizi çox incidib günah etmişəm, odur ki indi qoca vaxtımda günahlarımı yumaq məqsədilə həccə gedirəm.
Tülkü bu sözləri deyib toyuqları onunla birlikdə namaz qılmağa çağırır və fürsətdən istifadə edərək bir neçə toyuğu boğub öldürür, özünə yem tədarükü görür.
İfadə təkcə yaşlı və hiyləgər adamlara yox, ümumiyyətlə, pis əməlləri ilə ad çıxarmış kəslərin guya yaramaz vərdişlərindən əl çəkib əməlisaleh olmaları barədə danışanlara münasibətdə də işlədilir.
Məsəllər, deyimlər►«Haqlı olan həqiqəti sübut edincə başı çox bəlalar çəkər» mənasında işlədilən ifadə.
İfadə xalq arasında yayılmış bir rəvayətdən qaynaqlanır.
Həmin rəvayətə görə, günlərin birində kəndin kənarında bir çaqqal tülkünün çox sürətlə qaçdığını görüb səbəbini soruşur. Tülkü cavab verir ki, şahın əmrinə görə bütün dəvələrin dərisi soyulmalıdır, o səbəbdən qaçıram.
Çaqqal təəccüblə soruşur:
– Yaxşı, indi ki dəvələri soyurlar, bəs sən niyə qaçırsan, sən ki bu vücudunla dəvə deyilsən axı, tülküsən!
– Sağ olmuş, mən bu hay-küydə öz tülkülüyümü sübut edincə dərimi boğazımdan çıxararlar. Yaxşısı budur, heç ələ keçməyim.
İfadə tam şəkildə belədir: «Tülkü tülkülüyünü sübut edincə dartıb dərisini boğazından çıxararlar».
Məsəllər, deyimlərLatın dilində: naməlum yer, ölkə.
Qədimdə kartoqrafların tərtib etdiyi xəritələrdə kəşf olunmamış ərazini göstərmək üçün istifadə etdiyi ifadə. Bu gün daha çox informasiyanın az olduğu hər hansı sahə, qurum, təşkilat haqqında danışarkən bu ifadədən istifadə olunur.
Məsəllər, deyimlər