Yaxşı, gözəl, xoş; xublar – gözəllər.
Könül qalxdı Bərdə sarı yeridi,
Orda bir şəhər var, adı Gəncə hey...
Gözəlləri, məhbubları, xubları
Xub batıblar mala, mülkə, gəncə hey...
(“Qurbani”)
*
Sən eşqə müntəxibsən, mənə məhbub,
Yaraşır zər-ziba tər əndamına xub,
Ayda bir, ildə bir yazginən məktub,
Var olsun əllərin, aman, əl aman!
(“Sam şahzadə”)
Azərbaycan dastanlarının leksikasıBəxt, tale.
Qəhrəman, iqbalın tərsə dolanmaz,
İnsan var ki, ondan qəlbin bulanmaz,
İnsan var, evində ələk bulunmaz,
Dindirəndə beşdən-beşə danışar.
(“İrvahım”)
*
Sayat bəyim, səhər oldu,
Qalxdı karvan, yola düşdü.
Qəmi hicrin cana doldu,
Baxt iqbalım dala düşdü.
(“Sayat bəy-Səyalı xanım”)
Azərbaycan dastanlarının leksikası1. Təsdiq, etiraf, qəbul.
2. Qərar, qənaət, hökm.
Ol cümə günündə, sübh namazında,
Peyğəmbər o günü taci-sər oldu.
Ahu qırxdı başın, muyin götürdü,
Həqiqət, mərifət o iqrar oldu.
(“Abbas və Gülgəz”)
Qeyd: Peyğəmbər nə günü taci-sər oldu? Kim qırxdı başını, muyin neylədi? Nə sual eylədi, nə iqrar oldu? – suallarına cavab olaraq Abbasın dilindən deyilib.
Azərbaycan dastanlarının leksikası