1. Təsdiq, etiraf, qəbul.
2. Qərar, qənaət, hökm.
Ol cümə günündə, sübh namazında,
Peyğəmbər o günü taci-sər oldu.
Ahu qırxdı başın, muyin götürdü,
Həqiqət, mərifət o iqrar oldu.
(“Abbas və Gülgəz”)
Qeyd: Peyğəmbər nə günü taci-sər oldu? Kim qırxdı başını, muyin neylədi? Nə sual eylədi, nə iqrar oldu? – suallarına cavab olaraq Abbasın dilindən deyilib.
Azərbaycan dastanlarının leksikası