Reklam
Reklam

Azərbaycan dastanlarının leksikası

təzyana

Bax: tazyana.

... əyağını üzəngiyə vuruf atının belinə qalxdı. Ata bir təzyana vurdu, bir bələn aşdı. (“Məhəmməd və Güləndəm”)

Azərbaycan dastanlarının leksikası

teyyi-mənazil

Bax: teyy.

Qasid mənzilbəmənzil, teyyi-mənazil gecəni gündüzə qatıb, gündüzü gecəyə, özünü yetirdi Abdal Gülablıya, Valehi soruşdu, dedilər ki, səhər tezdən Lənbərənə gedib. (“Valeh və Zərnigar”)

                                                                         *

Günə bir mənzil, teyyi-mənazil, çox getdilər, az getdilər, bir neçə gündən sonra gedib bir meşəyə çatdılar. (“Alı xan”)

                                                                         *

Günə bir mənzil, teyyi-mənazil, taki yetişdi Qaraman vilayətinə. (“Tahir və Zöhrə”)

                                                                         *

Qoca kişi Məhəmməd ilə birlikdə günə bir mənzil, teyyi-mənazil getməyə başladılar. (“Məhəmməd və Güləndəm”)

                                                                         *

Bu söz anasına çox təsir eləməkdə olsun, Müğüm şahla Məhəmməd az gedib, çox gedib, günə bir mənzil, teyyi-mənazil getməkdə olsunlar, sizə xəbəri Gülşaddan deyim. (“Müğüm şah”)

Azərbaycan dastanlarının leksikası

təğayir

Bax: təğyir.

Bağman oldum, bağım təğayir oldu,

Gözüm gördü, ağlım təğayir oldu...

                                  (“Abbas və Gülgəz”)

                             *

Girdim bağa, bağım təğayir oldu,

Xoryat əli dəydi, tağ ayir oldu.

Gözüm gördü, ağlım təğayir oldu,

Çayı-səlsəbilin zülalın gördüm.

                                            (“Novruz”)

Azərbaycan dastanlarının leksikası