Əsatirə görə, odda yaşayan heyvan.
Çoxu aşıqlığı asan şey sandı,
Cəfasını gördü, çox tez usandı,
Abbas bir pərinin oduna yandı,
Görənlər dedilər: bax, səməndərdi.
(“Abbas və Gülgəz”)
Gahdan bir də ab alıram özümdən,
Yanıb eşq oduna səməndər oldum.
(“Nəcəf və Pərzad”)
Koroğluyam, mən sözümdən dönmərəm,
Səməndərəm, alışmışam, sönmərəm,
Səndən qeyrəz huri görsəm sevmərəm,
Qaldır ürbəndini, görüm gül üzün!..
(“Koroğlunun Qars səfəri”)
Azərbaycan dastanlarının leksikasıSu daşımaq üçün misdən və ya gildən hazırlanmış qulplu, qarınlı, darboğaz qab; güyüm.
Axşamdan yağan qar çıxıbdı dizə,
Kəsilib bulaxdan yolu qızların.
Sənəyin doldurub qoyanda düzə
Üşüyüb barmağı, əli qızların.
(“Qurbani”)
Çay kimi çoşmuşam, daha sönmərəm,
Əsgər nədi, qoşun nədi qanmaram,
Qəsəm olsun bu meydandan dönmərəm,
Axır suda sınar suyun səhəngi.
(“Koroğlunun Ərzurum səfəri”)
Öz yerimdə bəy deyəllər, bəy mənəm,
Sənintək namərdə boyun əymənəm,
Ölümümdən ötrü qayğı çəkmənəm,
Axır suda sınar bu su səhəngi.
(Paris nüsxəsi, 1-ci məclis)
Azərbaycan dastanlarının leksikası1. Şam ağacı, küknar ağacı.
2. Gözəlin qaməti.
Sürahi gərdənsiz tamam xoşnəzər,
Bir güllü bağlara edirsiz güzar.
Qəddiniz sənubər minaya bənzər,
Xoş gəlibsiz siz bu bağa, qızlar.
(“Dilsuz və Xəzangül”)
*
Bugünkü məclisin nə yaxşı, gözəl,
Gözəllər içində nə yaxşı gözəl,
Ər-ər bir ağacdan nə yaxşı gözəl,
Sərvi sənubərdi yaxşı yarınan.
(“Səyyad və Sədət”)
Azərbaycan dastanlarının leksikası1. Baş.
2. Ən yaxşı, əla.
Yanaram, yanaram, tütünüm tütməz,
Ah çəkərəm, ahım kimsəyə yetməz,
Əslimin sevdası sərindən getməz,
Əcəb rüsvay olub dillərdə qaldım.
(“Əsli və Kərəm”)
Dərdli Kərəm deyər, fürqətim qatı,
Kəskindi qılıncı, yüyrəkdi atı,
O İsəvi, mən Məhəmməd hümməti,
Atəşi sərimdə qaldı, nə çarə?
(“Əsli və Kərəm”)
Qurbani der: zülfün ucu xəyətdi,
Qurandakı qulhuvəllah əhətdi,
Desələr sərində bu nə halətdi?
De ki, bir Pərinin yadigarıdı.
(“Qurbani”)
Gör qız nə gözəl idi ki, Cünun bir baxımda ağlı sərdən verib durdu tamaşa eləməyə. Bu qız kim ola, kim ola, Rum paşasının qızı Məhbub xanım. (“Məhbub xanımın Çənlibelə gəlməyi”)
Dəmirçioğlu hey çağırdı kərimi,
Dost yoluna qoymuş idim sərimi,
Cəfər paşa soydururdu dərimi,
Qəsdi buydu saman təpə pustuma.
(“Koroğlunun Ərzurum səfəri”)
Başına döndüyüm, qurban olduğum,
Səri durna telli Eyvaz, ağlama!
Ala gözlərinə heyran olduğum,
Səri durna telli Eyvaz, ağlama!
(Əndəlib Qaracadaği. “Şeirlər məcmuəsi”)
Azərbaycan dastanlarının leksikası1. Pul dəyişdirən, pul xırdalayan.
2. Qiymətli şeylər taciri.
3. Məcazi mənada: tez başa düşən, arif, bilici.
Sərrafın dəstində nə danə gördüm,
Mürğün dəhanında nə danə gördüm,
(“Əmrah”)
Heyranam qaşa, gözə,
O sərraf kamala, gəlin.
Səni görən kimsənə
Tez gələr zavala, gəlin.
(“Mahmud-Niyar xanım”)
Qırmızı geyib əmr elədi ki, Musaxan vəzir və sərraflar sabah meydana çıxsınlar, onlara ənam verəcəyəm. (“Heydər bəy”)
Aşıq gözü sərraf olar, bircə dəfə baxmaqla adamları saf-çürük eləyər.
(“Məhbub xanımın Çənlibelə gəlməyi”)
Azərbaycan dastanlarının leksikası1. İynəyarpaqlı, həmişəyaşıl ağac.
2. Bax: sarp. (“Koroğlu” dastanının lüğəti)
Klassik şeirdə uca qamət bu ağaca bənzədilir. Dastanlarda həm həqiqi mənada, həm də məcaz kimi işlədilir.
Xəstə Qasım günü keçmiş qocadı,
Gələn bəzirgandı, gedən xocadı.
Sərv ağacı hər ağacdan ucadı,
Əsli qıtdı, budağında bar olmaz.
(“Qurbani”)
Hayıf ki, o gül rüxsarı saralıb solub. Sərv qəddi əyilib. (“Leyli və Məcnun”)
İki tərlan bir yuvadan,
Kövül heç düşməz havadan,
Ala qaplan sərv qayadan
Baxar buluda, gümrənər.
(M.Elyas. “Nəğmələr kitabı”)
Amma elə boylu-buxunlu, şəstli-bəstli bir qızdı ki, elə bil sərv ağacıdı qalxıb.
(“Koroğlunun Qars səfəri”)
Azərbaycan dastanlarının leksikası