Su daşımaq üçün misdən və ya gildən hazırlanmış qulplu, qarınlı, darboğaz qab; güyüm.
Axşamdan yağan qar çıxıbdı dizə,
Kəsilib bulaxdan yolu qızların.
Sənəyin doldurub qoyanda düzə
Üşüyüb barmağı, əli qızların.
(“Qurbani”)
Çay kimi çoşmuşam, daha sönmərəm,
Əsgər nədi, qoşun nədi qanmaram,
Qəsəm olsun bu meydandan dönmərəm,
Axır suda sınar suyun səhəngi.
(“Koroğlunun Ərzurum səfəri”)
Öz yerimdə bəy deyəllər, bəy mənəm,
Sənintək namərdə boyun əymənəm,
Ölümümdən ötrü qayğı çəkmənəm,
Axır suda sınar bu su səhəngi.
(Paris nüsxəsi, 1-ci məclis)
Azərbaycan dastanlarının leksikası