Sıra, cərgə, düzüm.
Ərənlər üstümə gəldi nümayan,
Bir ayə göstərdi bəyanbəbəyan,
Bir səf mələk gördüm huriyi-qılman,
Dal gərdəndə şanaları neçədi?
(“Abbas və Gülgəz”)
Elə ki səflər düzəldi, dəstələr hərə öz yerini tutdu, Koroğlu Tanrıtanımazı çağırdı...
(“Qulun qaçmağı”)
Koroğluyam, Qırat üstə gəzərdim,
Müxənnətlər başın vurub əzərdim,
Nərələr çəkərdim, səflər pozardım,
Mənmi qocalmışam, ya zəmanəmi?
(”Koroğlunun qocalığı”)
Bugünkü məclisdə bir gözəl gördüm,
Gözəllər səfində sana yaraşır.
Geyinib sallanan gözəllər çoxdu,
Tərlan kimi süzmək ona yaraşır.
(“Koroğlunun Ərzurum səfəri”)
Qoşun gəlib səf-səf olub düzüldü,
Halay vurub gəldi mənim üstümə.
Can Koroğlu, öz canımdan qorxmadım,
Qorxum oldu zəfər dəyə dostuma.
(“Koroğlunun Ərzurum səfəri”)
Azərbaycan dastanlarının leksikasıSəxavət, əliaçıqlıq, comərdlik.
Özü bir səxa kanı,
Adildivandı bu gələn.
Özü gül, saçı sünbül,
Yaqut-yəməndi bu gələn.
(“Tahir və Zöhrə”)
Bekar arvad cavan əri qocaldar,
Əsil arvad çox dərdini azaldar,
Üç şey deyim insan başın ucaldar –
Yaxşı səxa, yaxşı süfrə, yaxşı ad.
(“Məsim və Diləfruz”)
Koroğlu, sən səxada məni üstələdin. (“Mərcan xanımın Çənlibelə gəlməyi”) (İ.A., B.A.)
Azərbaycan dastanlarının leksikasıərəb. səqir – kiçik, balaca, azyaşlı, kəbir – böyük, yaşlı, qoca
Uşaqdan (kiçikdən) böyüyədək.
Dastanlarda fəqirən-səğirən şəklində də rast gəlinir.
Şəhər əhli səqirən-kəbirən yas keçirib, bu nakam qızı dəfn elədilər. (“Leyli və Məcnun”)
*
Leylini geyindirib, yetmiş yeddi qələm zinət verdilər. Qazanlar asıldı. Ocaqlar yandı. O günü fəqirən-səğirən hər kim vardı, toy məclisinə gəlmişdi. (“Leyli və Məcnun”)
Azərbaycan dastanlarının leksikasıQızılı və boz rənglər arasında bir rəngdə olan at.
Dirili Qurbani, götür, din indi!
Boynundadı məhəbbətin kəməndi.
Dərya üstə oynadırdı səməndi,
Özün Cəbrayıla pər eylədi şah.
(“Qurbani”)
Dastanlarda eşqin səməndi ifadəsi şəklində də işlənir:
Eşqin səməndini minib çaparam,
Sınıq, yıxıq könülləri yaparam,
Axtararam, sevdiyimi taparam,
Aman, ana, bir sövdayə düşmüşəm.
(“Qulam-Kəmtər”)
Halal eylə, hümmət eylə, əfəndim,
Məhəbbət oduna yana gedirəm.
Eşqin səməndini sürüb meydana,
Mənzil sürüb, biyabana gedirəm.
(“Leyli və Məcnun”)
Könlümün səməndini yoran,
Namərdlər boynunu buran,
Mərdlər ilə dostluq quran,
Düşkün Koroğlu mənəm, mən.
(“Koroğlunun qocalığı”)
Azərbaycan dastanlarının leksikası