Reklam
Reklam

Azərbaycan dastanlarının leksikası

səxa ərəb

Səxavət, əliaçıqlıq, comərdlik.

Özü bir səxa kanı,

Adildivandı bu gələn.

Özü gül, saçı sünbül,

Yaqut-yəməndi bu gələn.

                    (“Tahir və Zöhrə”)

Bekar arvad cavan əri qocaldar,

Əsil arvad çox dərdini azaldar,

Üç şey deyim insan başın ucaldar –

Yaxşı səxa, yaxşı süfrə, yaxşı ad.

                           (“Məsim və Diləfruz”)

Koroğlu, sən səxada məni üstələdin.  (“Mərcan xanımın Çənlibelə gəlməyi”) (İ.A., B.A.)

Azərbaycan dastanlarının leksikası