ərəb. qübar
1. Toz.
2. Məcazi mənada: kədər, dərd, qəm, qüssə.
Dastanlarda həm həqiqi, həm məcazi mənada işlənir.
Kərəməm, yollarım toz, qubar oldu,
Boran oldu, çovğun oldu, qar oldu.
Dost bağında heyva oldu, nar oldu,
Bu il bizim bağlar qoralı düşdü.
(“Əsli və Kərəm”)
*
Əlimdən aldılar gülüzlü yarı,
Artdı ürəyimin qəmi, qubarı.
Ürəyimdə sönmür eşqimin narı,
Yar eşqilə dolanıram məzarı.
(“Əsli və Kərəm”)
Azərbaycan dastanlarının leksikasıQolları açdıqda bir əlin barmaqları ucundan o biri əlin barmaqları ucuna qədər hər iki tərəfə olan məsafə (xalq arasında uzunluq ölçüsü kimi işlənir).
Dedim: qulac nədi? – Dedi: qolumdu.
Dedim: uzaq nədi? – Dedi: yolumdu.
Dedim: Əmrah kimdi? – Dedi: qulumdu.
Dedim: gəlsən gedək! – Söylədi: yox-yox.
(“Əmrah”)
*
Çox dolandım, oda yandım
Şamlara pərvanə kimi.
Saçı qulac, qaşı qıyqac,
Dişləri dürdanə kimi.
(“Heydər bəy”)
Azərbaycan dastanlarının leksikasıAltıaylığa qədər olan at balası.
Bu almanı soy, qabığını qulunluğundan doğmayan Qəmərnişan madyana ver; özünü də iki qısım elə, bir qısmını sən ye, bir qısmını da arvadın yesin. Çox keçməz ki, bir oğlun olar. Oğlunun adını Şah İsmayıl qoy. Qəmərnişan madyanın da bir qulunu olar, onun da adını Qəmərday qoy. (“Şah İsmayıl”)
Azərbaycan dastanlarının leksikası