Reklam
Reklam

Azərbaycan dastanlarının leksikası

qilman

Bax: qılman. (“Koroğlu” dastanının lüğəti)

Azərbaycan dastanlarının leksikası

qilaf

Bax: qılaf. (“Koroğlu” dastanının lüğəti)

Azərbaycan dastanlarının leksikası

qəvvaz

Bax: qəvvas. (“Koroğlu” dastanının lüğəti)

Atı minmişəm gəzməyə,

Düşman bağrını əzməyə,

Tona çayını üzməyə

Qırat bir qəvvaz olaydı.

                  (“Həmzənin Qıratı aparmağı”)

Azərbaycan dastanlarının leksikası

qəmzə1 ərəb

Naz və işvə ilə süzgün baxış. (“Koroğlu” dastanının lüğəti)

Hərdən işvə, qəmzə satan,

Mənimlə ixtilat qatan.

Gələndə at başı tutan,

Şux gözəllər yerindəmi?

                       (“Eyvazın Çənlibelə gətirilməyi”)

qəmzə2

Bax: qəbzə. (“Koroğlu” dastanının lüğəti)

Çağırgilən Halaypozan oyansın,

Qılıncın qəmzəsi qana boyansın,

Dəmirçioğlu hələ zərbə dayansın,

Möhkəm qüvvəti var, zoru qoldadır.

                            (Ə.Qaracadaği “Şeirlər məcmuəsi”)

Azərbaycan dastanlarının leksikası