Təmiz. (“Koroğlu” dastanının lüğəti)
Qorxu mənasında da işlənir, müqayisə et: İslanmışın sudan nə pakı.
Pakım yox paşadan, sultandan,
xannan,
Gəlsin “mənəm” deyən keçirdim
sannan,
Ərlər daldalanıb qorxmasın qannan,
At sürsün qo(v)ğaya mərdana gəlsin!
(“Koroğlu”. Qoşmalar) (Hümmət Əlizadə)
Azərbaycan dastanlarının leksikasıHəm pak, həm pakizə təmiz deməkdir. (“Koroğlu” dastanının lüğəti)
Tərtəmiz anlamını verir. Eynimənalı komponentlərdən yaranmış qoşa sözlərdəndir.
– Nəcib at napak adamı yanına buraxmaz. Mən elə indi hamamdan gəlirəm, pak-pakizəyəm. (Paris nüsxəsi, 9-cu məclis)
Azərbaycan dastanlarının leksikasıQapaz. (“Koroğlu” dastanının lüğəti)
Kənizlər Koroğlunu yumruq, pampaca altına salıb əməlli-başlı əzişdirdilər. Elə bil yeddi illik yuxuya getmiş bir camışı yuxudan oyadırdılar. (Paris nüsxəsi, 8-ci məclis)
*
Cin Qardaş Koroğlunun başına pampaca salmaq istədi, əli çatmadı, öz-özünə dedi: “Yaxşısı budu, ayağını dişləyim, əyilib məni qovanda başından vuraram”. (Paris nüsxəsi, 8-ci məclis)
Azərbaycan dastanlarının leksikasıBir pas: bir müddət, bir vaxt. (“Koroğlu” dastanının lüğəti)
Hər gün səhər dan yeri ağaranda Alı kişi ilxını çölə aparar, bütün günü otarar, gecədən bir pas keçəndən sonra xalxala gətirərdi. (“Alı kişi”)
*
Yedilər, içdilər, çalğıçılar çaldı, oxuyanlar oxudu, gecədən bir pas keçmiş məclis dağıldı. (“Qulun qaçmağı”)
Azərbaycan dastanlarının leksikasıSultan Türkiyəsində, başqa Şərq ölkələrində ali əsgəri vəzifə tutan şəxslərə və mülki məmurlara verilən fəxri ünvan, titul; belə titulu olan şəxs. (“Koroğlu” dastanının lüğəti)
O ki Bolu bəy idi, o da istəyirdi ki, hamıdan qabaq özü gedib, işi də təkbaşına özü görsün ki, o biri paşaların adı çıxmasın. (“Koroğlu və Bolu bəy”)
Azərbaycan dastanlarının leksikasıQılçaya sarılan sarğı, dolaq. (“Koroğlu” dastanının lüğəti)
Keçəl Həmzə çarığını geydi, patavasını bərkitdi, dəstərxanına bir-iki çörək qoyub belinə bağladı, düşdü yolun ağına. (“Həmzənin Qıratı aparmağı”)
*
Oğlan əyləşdi. Patavalarını açdı. Çarıqlarını çıxartdı. (“Düratın itməyi”)
Azərbaycan dastanlarının leksikasıYeməli yabanı bitkilərin (əməköməci, gicitkən, cincilim və s.) ümumi adı. (“Koroğlu” dastanının lüğəti)
Qoç Koroğlu badə içə,
Başları pencərtək biçə,
İnsafdırmı ələ keçə
Alagöz Nigarım mənim?
(“Koroğlunun qocalığı”)
*
Bağların üstə pencərəm,
Sinənin üstə xəncərəm,
Tərpənmə səni sancaram,
Dörd tərəf şahmar görünür.
(“Məhbub xanımın Çənlibelə gəlməyi”) ( “Ağca Quzu”)
Azərbaycan dastanlarının leksikasıOxun ucundakı sivri dəmir. (“Koroğlu” dastanının lüğəti)
Yol yörürkən irast gəldim davada,
Güllə dəyər, nişan qalar arada,
Qanım qiymətinə olsa irada,
Çərkəs peykan, xədəng oxun günüdür.
(“El şairləri”)
*
Ox atılur sağı-soldan,
Qatı yay güc istər qoldan,
Peykan ora dəyən yerdən.
Qan damar, zərnigar olur.
(Paris nüsxəsi, 9-cu məclis)
*
Koroğluyam, sözüm çoxdu,
Sözlərim peykanlı oxdu,
Hansı igidin sonu yoxdu,
Ocaq sönər, daş inildər.
(“Eyvazın Çənlibelə gətirilməyi”)
Azərbaycan dastanlarının leksikası