Ən istəkli, ən əziz, ümidgah (övlad haqqında) (“Koroğlu” dastanının lüğəti)
Dialektlərdə azuqə; qənaət mənalarında da işlənir.
Qızıl ov səqərli, köşək dönümlü,
Dəyirman madarlı, ac qurd yeyimli,
Dovşan beli ipək, xəyyatə yalı,
Tavustək yelkəsi uca gərəkdi.
(Paris nüsxəsi, 1-ci məclis)
Azərbaycan dastanlarının leksikasıDişi at. (“Koroğlu” dastanının lüğəti)
Bir gün ilxıçılardan biri Mirzəyə xəbər gətirdi ki, Ceyhun çayından bir at çıxıb iki madyana basıb, sonra qayıdıb suya giriblər. Mirzə bu xəbəri eşidən kimi ilxının içinə girib o iki madyanı damğaladı, ilxıçıya tapşırdı ki, gözdə-qulaqda olsun, madyanlar doğanda ona xəbər versin. (Paris nüsxəsi, 1-ci məclis)
*
Ərəb Reyhan atı yel kimi çapırdı. Onun atı madyan idi, adına Ağcaquzu deyirdilər. Qırat madyan iyini bir ağaclıqdan alıb qulaqlarını eşşək qulağı kimi aşağı salladı. (Paris nüsxəsi, 3-cü məclis)
Azərbaycan dastanlarının leksikasıMühasirə sözünün təhrifi. (“Koroğlu” dastanının lüğəti)
Variantlarda mahasıra şəklində də işlənir.
Qoşun gəlib dörd yanımız aldılar,
Belə nə yatmısan, ayıl, Eyvaz xan!.
Hər tərəfdən mansıraya saldılar,
Axırda olarıq zayıl, Eyvazxan!..
(“Durna teli”)
*
Deyilənlərə görə, o, bir dəfə cavanlıqda Alacalar dağında bərk dara düşüb, yeddi gün, yeddi gecə mansırada qalmışdı. (“Eyvazın Çənlibelə gətirilməyi”)
*
Padşah bunu eşidən kimi dedi:
– Bu Mirzənin oğludu, tutun onu!
Padşahın qoşunu Rövşəni dörd tərəfdən mansırıya aldı. (Paris nüsxəsi, 1-ci məclis)
Azərbaycan dastanlarının leksikası