1. Qızıl və gümüşün əyarını təyin edən daş;
2. Bir şeyin keyfiyyətini dəyərini göstərən şey;
3. Məcazi mənada: həyatın sınağı. (“Koroğlu” dastanının lüğəti)
Gəl girmə nərilə cəngə,
Çəkərəm səni məhəngə,
Güc çatmaz qoca nəhəngə,
Bu boyda zor olmaz-olmaz.
(“Mahru xanımın Çənlibelə gəlməyi”) (İ.A., B.A.)
Azərbaycan dastanlarının leksikasıBax: qiyamət. (“Koroğlu” dastanının lüğəti)
Koroğlu əyilməz yağıya, yada,
Mərdin əskik olmaz başından qada.
Nərələr çəkərəm mən bu dünyada,
Göstərrəm məhşəri düşmana, gəlsin!..
(“Koroğlu ilə Dəli Həsən”)
*
Eyvaz deyib Çənlibeldən gəlmişəm,
İndi burda məhşər quraram, paşa!
Dəlilərim tutduğunu bilmişəm,
Gedər, zindanını qıraram, paşa!
(“Koroğlunun Bayazid səfəri”)
Azərbaycan dastanlarının leksikasıərəb. məxluq sözünün cəmi
Xalq, camaat, el, adamlar. (“Koroğlu” dastanının lüğəti)
Külli məxluqat yığıla,
Çətindi sövdam dağıla,
Kim qıyar belə oğula?
Vermərəm Eyvazı sənə.
(“Eyvazın Çənlibelə gətirilməyi”)
*
Yığılsa məxluqat, qurulsa məhşər,
İsrafil surunu çala, qoymaram.
Çəkərəm qılıncı, girrəm meydana,
Uçurdaram, burda qala qoymaram.
(“Koroğlunun Bayazid səfəri”)
Azərbaycan dastanlarının leksikasıməncə
1. Düyü çörəyi.
2. Plov. (“Koroğlu” dastanının lüğəti)
Koroğlu dedi:
– Paşa sağ olsun, şərabı ac qarına içdim deyə ürəyim gedir, bir az məncə olsaydı, yeyib hala gələrdim, yaxşı çalıb-oxuyardım.
Paşa dedi:
– Vəzir, bir dolu tuluq şərab içən adam gör nə qədər məncə yeyər?
Vəzirin əmri ilə paşanın mətbəxindən bir məcməyi məncə, üstünə də ət qalayıb gətirib Koroğlunun qabağına qoydular. Koroğlu ... qollarını çırmaladı, ac qurd kimi plovu, əti, əlinə keçəni qarnına doldurdu. (Paris nüsxəsi, 9-cu məclis)
Azərbaycan dastanlarının leksikası