Oturub-durma, görüşüb əlaqə saxlama, qaynayıb-qarışma; söhbət. (“Koroğlu” dastanının lüğəti)
Gəl qulaq as bu söhbətə!
Bircə guş ver ixtilata!
Sərim qurban Ərəb ata!
Oynar, kişnər saxlamışam.
(“El aşıqları”)
*
Öldürürsən, xanım, gəl məni öldür,
Öldürməynən, xanım, əlin qurbanı!
Ya hurisən, ya pərisən, ya mələk,
Xoş ixtilat, şirin dilin qurbanı!
(“Həmzənin Qıratı aparmağı”) (“Həmzə–İslam”)
Azərbaycan dastanlarının leksikasıSəmimi, sadiq. (“Koroğlu” dastanının lüğəti)
Xalis sözü ilə flektivlik baxımından qohumdur.
İxlas dost dünyada dostuna küsməz,
Nə qədər incisə meylini kəsməz,
İgiddə qaydadı, basdığın kəsməz,
Öldürmə, qeyrətə bağışla məni!
(“Koroğlunun Dərbənd səfəri”) (“Bilqeys–Mehdi”)
*
Girmişdim falçı donuna,
Yaşına-yaşına gəldüm,
Yəqin bağladum ixlasım,
Ərənlər pişinə gəldüm.
(Paris nüsxəsi, 8-ci məclis)
Azərbaycan dastanlarının leksikası