Reklam
Reklam

Azərbaycan dastanlarının leksikası

damən

Bax: daman. (“Koroğlu” dastanının lüğəti)

Utan, qoç Koroğlu, utan

Dağların damənin tutan

Sənin kimi başa çatan

Elin qədrini nə bilir?

        (“Həmzənin Qıratı aparmağı”)

Azərbaycan dastanlarının leksikası

davar

1. Qoyun-keçi, xırdabuynuzlu mal-qara.

2. Bax: tavar. (“Koroğlu” dastanının lüğəti)

Bizim bu yerlərdə davar qismi bir az çətin tapılan şeydi. Amma sizin bu yerlərdə bol olur, özü də ucuz. İndi mən gəlmişəm burdan bir az mal-davar alıb aparam. (“Eyvazın Çənlibelə gətirilməyi”)

Azərbaycan dastanlarının leksikası