Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

burlesk

fr. burlesque, ital. burlesco, burla – zarafat

Təhkiyə formasında zarafatcasına, məzhəkəparodiya şəklində yazılan yumoristik şeir.

B. XV–XVI əsrlərdə italyan və fransız şeir janrı kimi yaranıb. Renessans dövründə inkişaf edib, XVII–XVIII əsrlərdə Avropada xüsusilə geniş yayılıb. XVIII əsrdən etibarən ciddi və komik hadisələrin bir arada istifadə edildiyi musiqili tamaşalar üçün B.-ə geniş yer verilib. Klassik əsərlərdəki üslub və obrazların komik səviyyədə təqlid olunması, yüksək dəyərlərin aşağılanması B.-in spesifik xüsusiyyətlərindən biridir. XVII əsr fransız şairi Skarron Roma şairi Vergilinin məşhur poeması “Eneida”nı B. formasında işləyib. Skarronun B.-ində “Eneida”da təsvir olunan ilahlar alverçi dili ilə danışırlar.

See also:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

buta

Məhəbbət dastanlarında dərviş, ixtiyar qоca, pir və s. mifik оbrazların qızı оğlana ani оlaraq göstərməsi, bəzən isə “еşq şərbəti”ni içirtməsi hadisəsi.

Dastan qəhrəmanına B. verilməsi hadisəsinə Ş.İ.Xətainin “Dəhnamə” poemasında, “Qurbani”, “Abbas və Gülgəz”, “Qul Mahmud” və s. məhəbbət dastanlarında rast gəlmək olar. Məsələn, “Aşıq Qərib” dastanında dеyilir: “Rəsul yatmışdı, yuxuda gördü ki, Tiflis şəhərində bеhişt misalı bir bağdadı, bunun başının üstündə cеyran misalı gözəl bir qız... Bu qızın yanında bir dərviş, dərviş qızın əlini Rəsula uzadıb: – Rəsul, bu qız Tiflisli Xacə Sənanın qızı Şahsənəmdir, bunu sənə buta vеrirəm, çоx çəkməz, biri-birinizə çatarsız, – dеyib çəkildi”.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti