Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

audioqəzet

lat. audire – eşitmək

1. Qə­zet materiallarının səsləndirilmiş, lentə ya­zılmış forması.

Auditoriyanın müəyyən qis­mi savad dərəcəsi, həyat şəraiti, yaxud fiziki vəziyyəti ilə əlaqədar nəşrlərdə dərc edilmiş materiallarla tanış olmaq imka­nından məhrumdur. Belə insanlara həmin materiallar audioinformasiya şəklində çat­dırılır. A.-lər xüsusi layihələr çərçivə­sində kasetlərə, disklərə yazılaraq paylanılır, ya­xud radio vasitəsilə, adətən, həmişə gü­nün eyni vaxtında efirə verilir.

2. Günün əsas xəbərləri, qəzet materiallarının xüla­sə­lərinə həsr olunmuş radio verilişi.

Belə A. çox vaxt radioqəzet adlandırılır.

See also:

Jurnalistika terminləri lüğəti