fr. balance – tərəzi
1. Jurnalist materialında əks etdirilən fərqli fikir, baxış və mövqelər arasında nisbət, habelə bu nisbətin cəmiyyətdəki real vəziyyətə uyğunluğu.
B. – cəmiyyətdəki plüralizmin, çoxsəsliliyin mediada adekvat təzahürüdür: jurnalistlərdən toplumda hər hansı problemə, hadisəyə dair hakim baxışla yanaşı, fərqli və tamamlayıcı mövqelərə də lazımi diqqət yetirmək tələb olunur. B.-ın qorunması jurnalist materialının keyfiyyətini müəyyənləşdirən ən mühüm amillərdən biri, KİV-in obyektivliyinin, bitərəfliyinin, qərəzsizliyinin əsas göstəricilərindəndir. Seçkilərin, digər iri siyasi kampaniyaların, münaqişələrin işıqlandırılması zamanı hər hansı KİV-in B.-ı pozması onun qeyri-professional davranışının, obyektivlik prinsipinə əməl etməməsinin göstəricisidir.
2. Müxtəlif mənbələrdən gələn səslər arasında onların ahəngdarlığını təmin edən nisbət.
See also:
Jurnalistika terminləri lüğətifr. balance – tərəzi
1. Hər hansı prosesin iştirakçılarının hadisəyə, problemə fərqli baxışlarını reallığa uyğun şəkildə işıqlandırmağı tələb edən jurnalistika prinsipi.
Balanslaşdırılmış informasiya həqiqəti əks etdirir və auditoriyaya olay haqqında öz fikrini formalaşdırmağa imkan yaradır.
2. Müxtəlif mənbələrdən gələn səslər arasında düzgün nisbətin, ahəngdarlığın təmin edilməsi.
Musiqinin, ətraf küylərin və s.-nin dinləyici, yaxud tamaşaçı auditoriyası tərəfindən keyfiyyətli qavrayışı baxımından düzgün B. mühüm əhəmiyyət kəsb edir.
See also:
Jurnalistika terminləri lüğətiing. banner – bayraq
1. Reklam xarakterli qrafik təsvir.
B.-lər müştəriləri cəlb etmək, onlara lazımi informasiyanı çatdırmaq və müsbət imic yaratmaq məqsədi daşıyır. Belə qrafik təsvirlər çap KİV-də dərc olunur, televiziya ilə nümayiş etdirilir, yaxud ictimai yerlərdə, müəyyən tədbirlərdə reklam daşıyıcılarının üzərinə yapışdırılır.
2. Şəbəkədə ən çox yayılmış reklam formatlarından biri.
Çap mediasında olduğu kimi, internetdə də B. qrafik təsvirdən ibarətdir. Lakin belə təsvir animasiya (nadir hallarda video) elementlərinə malik ola, yaxud əlavə informasiya daşıyan səhifə və ya saytlara keçid funksiyası yerinə yetirə bilər. Statik B.-lər – əlavə elementləri olmayan, hərəkətsiz qrafik təsvirlərdir. Dinamik B.-lərdə isə təsvir tıklamaqla hərəkətə gətirilir, yaxud kadrlar müəyyən fasilələrlə bir-birini avtomatik əvəzləyir. Bunlara GIF-B.-lər (dəyişən rastr kadrların ardıcıllığı) və Adobe Flash proqramında yaradılan Flash-B.-lər misal ola bilər. Flash texnologiyası səs effektlərindən istifadə etməyə, habelə interaktiv B-lər. yaratmağa imkan verir.
Jurnalistika terminləri lüğətifr. barater – dəyişmək
Göstərilən xidmətin və ya alınan malın əvəzinin başqa xidmətlə, yaxud malla ödənilməsi.
B. əməliyyatlarında ödəmə vasitəsi kimi puldan istifadə edilmir. Odur ki ölkədə pul kütləsinin çatışmadığı şəraitdə, iqtisadi böhran dövrlərində B.-ə üstünlük verilir. KİV-in reklam fəaliyyətində, əsasən, reklam sifarişçilərinin təşəbbüsü ilə B. müqavilələrinə çox rast gəlinir: belə hallarda sifarişçi reklamın haqqını istehsal etdiyi məhsul və ya xidmətlə ödəyir.
Jurnalistika terminləri lüğətiMüəssisəyə, quruma cari rəhbərliyi həyata keçirən məsul şəxs. B.D. rəhbər orqan – təsisçi, direktorlar şurası (müşahidə şurası) qarşısında hesabat verir.
Teleradio kompaniyalarında B.D. təşkilatda ən yüksək səviyyədə qərarlar qəbul etmək səlahiyyətinə malik olur. (Bəzi teleradio şirkətlərində bu səlahiyyətlərə malik şəxsin vəzifəsi «prezident», yaxud «sədr» adlandırılır.) Özəl yayım xidmətlərindən fərqli olaraq ictimai yayım xidmətinin B.D.-unun seçilmə qaydası, səlahiyyətləri, vəzifələri detallı şəkildə qanunvericilikdə əksini tapır. Çap KİV strukturlarında isə B.D. və ya direktor, əsasən, texniki fəaliyyət sahələrinə görə məsuliyyət daşıyır. Qəzet-jurnallarda o, istehsalata və yayıma, texnoloji proseslərə rəhbərlik edir.
See also:
Jurnalistika terminləri lüğəti1. Qəzet və ya jurnalda baş redaktor, yaxud redaksiyanın səlahiyyət verdiyi şəxs tərəfindən yazılmış xüsusi rəy məzmunlu məqalə.
B.M.-lərə cəmiyyətdə yüksək nüfuza və ictimai rəyə təsir gücünə malik qəzetlərdə, partiya mətbuatında daha çox rast gəlinir. Əksər hallarda onlar “rəy” sözü ilə işarələnir. Adətən, B.M. mühüm bir məsələ haqqında redaksiyanın rəyini nəşrin oxucularına çatdırmaq üçün verilir.
2. Qəzetdə, jurnalda diqqəti ən çox cəlb edən yazı. Belə yazı çox vaxt sensasion xəbərdən, yaxud jurnalist araşdırmasından ibarət olur, nəşrin konkret buraxılışının populyarlığını şərtləndirir, satışını stimullaşdırır. Buraxılışın əsas materialı olduğu üçün qəzet jurnalistikasında ona «mismar» da deyilir.
See also:
Jurnalistika terminləri lüğəti1. Çap KİV-də və internet- mediada redaksiyanın bütün fəaliyyətinə rəhbərlik edən məsul şəxs.
B.R. istehsalat-yaradıcılıq prosesini təşkil edir, bu prosesin bütün mərhələlərinə nəzarəti həyata keçirir. «B.R.» və «B.R.-un səlahiyyətləri» maddələri 2001-ci ildə KİV haqqında qanunvericilikdən çıxarılıb, lakin onun əsas hüquq və vəzifələri, o cümlədən təsisçi ilə münasibətləri, konkret məsuliyyəti müvafiq normativ aktlarda öz əksini tapıb. Azərbaycanda mətbu nəşrin B.R.-u vəzifəsinə yalnız ali təhsilli ölkə vətəndaşı seçilə, yaxud təyin oluna bilər.
2. Teleradio təşkilatında yaradıcılıq prosesinə rəhbərlik edən, verilişlərin (proqramların) yayımına icazə verən məsul şəxs.
See also:
Jurnalistika terminləri lüğəti1. Məqalənin, əsərin, həmçinin onun müstəqil tərkib hissələrindən hər birinin adı.
B., bir qayda olaraq, əsas mətnin əvvəlində daha böyük və daha qalın şriftlə yığılmış söz, ifadə, yaxud cümlədən ibarət olur. Nominativ (adlandırma) funksiya ilə yanaşı, o, çox zaman həm də kommunikativ (əsərin məğzinin, başlıca tezisinin əks etdirilməsi) və reklam (oxucunun cəlb olunması) funksiyalarını yerinə yetirir, mühüm dizayn elementi kimi çıxış edir.
2. Çap KİV səhifəsinin yuxarı hissəsində onun adını, nömrəsini və s.-ni bildirən məlumatlardan, habelə həmin məlumatları əsas mətndən ayıran xətdən ibarət kompleks.
3. Televiziya və ya radio verilişinin konkret buraxılışının adı, xəbərin əsas mahiyyətini əks etdirən, bilavasitə onun əvvəlində və (və ya) sonunda oxunan cümlə.
Parlaq B. tamaşaçı auditoriyasını maraqlandırmaq, onu süjeti izləməyə dəvət etmək baxımından həlledici amillərdən biridir.
See also:
Jurnalistika terminləri lüğəti