yun. barbaros – yadelli
Bir dilə başqa dildən keçmiş, onun normalarına uyğun gəlməyən və buna görə istifadəsi yolverilməz hesab edilən nitq hissələri.
V.-lər təkcə söz və ifadələrdən ibarət olmur, onlar söz elementləri (məsələn, sonluğa başqa dilin şəkilçisini artırmaqla), yaxud tələffüz forması (sözün vurğusunu, bəzi səsləri xarici dilə uyğun dəyişməklə) vasitəsilə də yaradılır. V.-ləri dilin özündə mövcud olan ifadələrlə asanlıqla əvəz etmək mümkündür. V.-lərdən ədəbiyyatda, jurnalistikada yalnız xüsusi kolorit, yaxud komik effekt yaratmaq məqsədilə və ya müəyyən tarixi dövrün dilini xarakterizə etmək üçün istifadə oluna bilər.
See also:
Jurnalistika terminləri lüğətiHər hansı şəxsin söylədiklərini məzmununa xələl gətirmədən xülasə şəklində çatdıran yazılı, yaxud şifahi nitq forması.
V.N.-də başqasının fikrinin ifadə tərzi qismən dəyişdirilir: onun sözləri müstəqilliyini itirərək budaq cümləyə çevrilir, müəllifin sözləri isə baş cümlə olur; məs.: sinoptiklər xəbər verirlər ki, sabah qar yağacaq.
See also:
Jurnalistika terminləri lüğətiReklam xarakterli informasiyanın birbaşa aidiyyəti olan təşkilat tərəfindən deyil, başqa üsullarla yayılmasını təmin edən fəaliyyət forması.
V.R. istehlakçını yormur, onda təklif olunan məhsula daha böyük etibar yaradır. Belə reklam müxtəlif müsahibələrdə əmtəənin adının çəkilməsi, televiziya verilişlərində xidmət növünün nümayişi və s. formalarda həyata keçirilə bilər.
Jurnalistika terminləri lüğətiing. WhatsApp
İnternet vasitəsilə ani olaraq xəbər, fotoşəkil, video və audio mesajlar ötürməyə, birbaşa rabitə əlaqəsi qurmağa imkan verən informasiya mübadiləsi sistemi və müvafiq proqram təminatı.
Bu sistem 2009-cu ildə ABŞ-da yaradılıb, 2014-cü ildə WhatsApp Inc. kompaniyası Facebook Inc. şirkəti tərəfindən satın alınıb.
Jurnalistika terminləri lüğətiing. Viber < vibe – energetika, hiss
İnternet vasitəsilə ani olaraq xəbər, fotoşəkil, video və audio mesajlar ötürmək, pulsuz zəng etmək üçün proqram əlavəsi.
V. 2010-cu ilin dekabrından istifadədir, 2014-cü ildə Viber Media kompaniyası Yaponiyanın Rakuten şirkəti tərəfindən satın alınıb.
Jurnalistika terminləri lüğətiing. Wi-Fi < Wireless Fidelity – «naqilsiz dəqiqlik» ifadəsində sözlərin ilk hərflərindən yaradılmış abreviatura
Kompüterlərin birləşdirilməsi və internetə qoşulması, habelə rəqəmsal məlumatların istifadəçilərə naqilsiz şəbəkələr vasitəsilə ötürülməsi texnologiyası.
Ənənəvi şəbəkələrdən fərqli olaraq naqilsiz şəbəkələrdə verilənlərin ötürülməsi üçün yüksəktezlikli radiodalğalardan istifadə edilir.
Jurnalistika terminləri lüğətiing. web – tor, şəbəkə + ing. design < lat. designare – müəyyənetmə, fikrində tutma
İnternet səhifəsinin məntiqi strukturunun, vizual-bədii tərtibatının, habelə informasiyanın saytda uğurlu təqdimat formalarının hazırlanması və layihələndirilməsi; dizaynın bir növü.
See also:
ing. webcamera < ing. web – tor, şəbəkə + lat. camera – otaq
Baş verənləri çəkərək kompüter proqramları vasitəsilə real zaman rejimində birbaşa internetə ötürməyə imkan verən kiçikölçülü video və ya fotokamera.
V. ilk dəfə 1991-ci ildə Kembric universitetinin kompüter elmləri departamentində tətbiq olunub.
Jurnalistika terminləri lüğətiing. webcast < web – tor, şəbəkə + ing. broadcast – yayım
İnternet vasitəsilə yayım.
İngilis ensiklopediyalarında V. (yaxud vebkast) və ona çox yaxın olan «podkastinq» terminləri arasında fərq qoyulur: V. canlı yayımlara, «podkastinq» isə internetdə yerləşdirilmiş materialların yayımına aid edilir.
Jurnalistika terminləri lüğəti