lat. tele – uzaq + lat. diurnalis, diurnale – gündəlik xəbər
Müxtəlif mövzularda süjetlərdən, aktual müsahibə, çıxış və bu kimi rəngarəng materiallardan tərtib edilən proqram formatı.
Bu formatda proqramlar, adətən, sabit quruluşa, daimi aparıcıya və efir vaxtına malik olur.
See also:
Jurnalistika terminləri lüğətiyun. tele – uzaq + ing. exchange – mübadilə, kommutator
1. Beynəlxalq abonent teleqraf rabitəsi növü.
Bu rabitə növündə abonentlər arasında telefon xətləri və teletayp stansiyaları vasitəsilə birbaşa əlaqə yaradılır, yazılı informasiya mübadiləsi təmin olunur.
2. Abonentlər arasında birbaşa teleqraf rabitəsi yaratmağa imkan verən qurğu, eyni məqsədlə istifadə olunan telefon nömrəsi, habelə bu üsulla ötürülən məlumatın mətni.
Jurnalistika terminləri lüğətilat. tele – uzaq + lat. communico – ümumiləşdirirəm, əlaqələndirirəm
Elektrik və elektromaqnit rabitə vasitələri (kabel, optik və radio əlaqəsi) ilə hər hansı siqnalın, səsin, habelə təsvirin ötürülməsi və qəbul edilməsi.
See also:
lat. tele – uzaq
Bir-birindən uzaq məsafədə yerləşən iki və daha artıq məkan arasında peyk rabitəsi, yaxud digər rabitə vasitələri ilə bağlantı yaratmaqla həyata keçirilən kommunikasiya forması, televiziya verilişi formatı.
T.-nün yaradılmasında, adətən, bir neçə telekompaniya iştirak edir, belə verilişlər isə, əsasən, müxtəlif şəhərlərdə, qitələrdə studiyalara toplaşanların dialoqu şəklində qurulur. İlk qitələrarası T. 1962-ci ilin avqustunda Avropa ilə Amerika arasında keçirilib. Bundan 20 il sonra isə tarixi SSRİ–ABŞ T.-sü baş tutub və həmin verilişə SSRİ tərəfdən «Azərbaycanfilm»in əməkdaşı Yuli Qusman rejissorluq edib.
Jurnalistika terminləri lüğətilat. tele – uzaq
Televiziyada qəzet estetikası əsasında qurulmuş reklam-informasiya xarakterli veriliş.
Qəzetlər müxtəlif olduğu kimi, telekanallarda da belə verilişlərin fərqli formatlarına rast gəlmək mümkündür. Bəzi telekanallarda (məs.: Rusiyanın «STS-Prima» və Qazaxıstanın KTK kanalları) T. qaçan sətirlə ekrana çıxarılan xəbərlərdən, habelə ardıcıllıqla bir-birini əvəzləyən reklam və elanlardan, digərlərində (məs: Estoniyanın «Orsent TV» şirkəti) «xəbərlər», «məsləhətlər», «qoroskop», «reklam və elanlar» kimi ayrıca rubrikalardan ibarət olur.
See also:
Jurnalistika terminləri lüğəti