Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

radioqəzet

lat. radium – şüa, şüalan­dır­maq

Efirə verilməsi üçün operativ səbəbi olan, əsasən, informasiya və təb­li­ğat-təş­viqat xarakterli materiallardan ibarət radio verilişi formatı.

Müntəzəm yayımın təşkil edildiyi ilk dövrlərdə radio publisistikasının timsalı olan R. informasiya buraxılışlarını, siyasi məruzələri, aktual re­portajları, elmi mövzuda söhbətləri, ic­mal­ları, vəzifəli şəxs­lərlə müsahibələri və s.-ni özündə birləş­dirir­di. SSRİ-də ilk R. 1924-cü ilin sonunda, Azərbaycanda 1927-ci ilin ortalarından efirə çıxıb. Müasir radioda bu veriliş for­matından nadir hallarda istifadə edilir.

See also:

Jurnalistika terminləri lüğəti

radiolaşdırma

lat. radium – şüa, şüalan­dırmaq

Radio quruculuğu, radio yayı­mı­nın əhatə dairəsinin genişləndirilməsi is­ti­qamətində həyata keçirilən tədbirlər komp­leksi.

Bu tədbirlərə güclü radio stan­­siyaları şəbəkəsinin, naqilli və naqilsiz y­a­­­y­ım qovşaqlarının yaradılması, həmçinin ra­dioqəbuledicilərin, digər radiotexniki ­va­sitə­lərin istehsalının planlı inkişafı və s. da­xildir.

Jurnalistika terminləri lüğəti

radiomikrofon

lat. radium – şüa, şüa­landırmaq + yun. mikros – kiçik + yun. phone – səs

Səs siqnalını qəbul­edi­ciyə yüksəktezlikli radio dalğaları ilə ötürən cihaz.

Səs rəqslərini elektromaq­nit dal­ğa­sına çevirərək translyasiya et­mək­lə R. bir­lə­ş­dirici naqillərə ehtiyacı aradan qal­dı­rır. R. üç hissədən – mikrofonun özün­dən, ona birləşdirilmiş miniötürücüdən və gön­dərilən siqnalı qeydə alan kiçik qəbul­­edi­cidən ibarətdir. R.-un üstünlüyü səs qay­­­nağına sərbəst hərəkət etmək imkanı ya­rat­mağındadır: mənbə yerini dəyiş­mə­si­nə baxmayaraq, onun R.-a nisbətən və­ziy­yəti əvvəlki kimi qalır.

See also:

Jurnalistika terminləri lüğəti

radiostansiya

lat. radium – şüa, şüalan­dırmaq + lat. statio – dayanacaq

1. Radio proqramlarının hazırlanması və elektromaqnit dalğaları vasitəsilə yayım­lan­ma­sına xidmət edən müxtəlif cihaz və texniki qur­ğular kompleksi.

2. Radio proqram­larının hazırlanması və efirdə, yaxud in­ternetdə ya­yımı ilə məşğul olan müəssisə.

3. Müəy­yən bir məkanda radio rabitəsinin təşkilinə xid­mət edən genişprofilli ötü­rücü, qəbul­edici və köməkçi cihazlar kompleksi.

Jurnalistika terminləri lüğəti

radiosalnamə

lat. radium – şüa, şüalan­dırmaq

1. Hər hansı prosesin, hadisənin xronoloji ardıcıllıqla uzun müddət radio proqramında işıqlandırılması.

R. birtipli veriliş çərçivəsində yaradıla, yaxud müx­təlif janrlarda materiallar toplusundan ibarət ola bilər.

2. Hər hansı uzunmüddətli prosesi, hadisəni xronoloji ardıcıllıqla işıq­lan­dıran irihəcmli radio verilişi.

See also:

Jurnalistika terminləri lüğəti

radiotamaşa

lat. radium – şüa, şüalan­dır­maq

1. Ədəbi-bədii əsərlərin radionun ifadə vasitələrinin köməyi ilə səhnə­ləş­di­rilməsindən, yaxud xüsusi olaraq radio üçün yazılmış pyeslərin səs­ləndiril­məsin­dən ibarət proqram formatı.

R.-da təsvir olu­nan həyat hadisələrinin və hərə­kət­ləri­nin dərk edilməsi dinləyicilərin səs-söz qav­ra­yışı ilə şərtlənir. Sözlərin, səslərin, küy­­l­ərin, musiqinin dinləyicinin təxəy­­yülün­də yaratdığı obrazlar hadisələrin ­“vi­­­zual” təsvirini formalaşdırır, tamaşanın ide­ya­sının qavranılmasına və bədii for­maların inandırıcılığına xidmət edir. 

2. Radionun ifadə vasitələrinin köməyi ilə səhnə­ləş­dirilmiş və səsləndirilən ədəbi-bədii əsər.

Jurnalistika terminləri lüğəti

radiotelefon

lat. radium – şüa, şüalan­dırmaq + yun. tele – uzaq + yun. phone – səs

Radiodalğalar vasitəsilə telefon rabi­təsi saxlamaq üçün zəruri olan həm qəbuledici, həm də ötürücü aparat.

Jurnalistika terminləri lüğəti