Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

piramida üsulu

Xəbərlərdə ən mühüm informasiyanı materialın əvvəlinə çıxar­ma­ğı, detalları və izahları isə sonra yerləş­dirməyi tələb edən yazı üslubu.

P.Ü. xəbər yazma texnologiyasını jurnalistlər üçün vizuallaşdıran, prioritetləri düzgün müəy­yənləşdirməyə imkan verən qay­dadır. Bu qaydaya görə, xəbərin bütün vacib ele­mentləri onun lidində yer­ləş­dirilməli, xə­bərin gövdə hissəsində incə­ləmələr, daha sonra ümumi informasiya əks etdirilməlidir. Yəni digər janrlarda hazırlanmış ­materiallardan fərqli olaraq xəbər «kim?», «nə?», «nə vaxt?», «ha­rada?», «necə?», «niyə?» suallarına ca­vabdan baş­lanmalı, ardınca faktın, ha­di­sənin detalları  təsvir edilməli, əlavə infor­masiya isə (izahatlar, rəylər, arayışlar və s.) sona sax­la­nılmalıdır. Belə halda materialın özəyinin yuxarıda olduğunu nəzərə alaraq jurna­listikada P.Ü.-na «çev­rilmiş piramida mo­deli», «tərs P.Ü.» da deyilir.

Jurnalistika terminləri lüğəti

piratçılıq

Pirat məhsulun hazırlanması (istehsalı) və yayılması.

See also:

Jurnalistika terminləri lüğəti

planşet

fr. planchette – hərfi mənada: taxta lövhəcik

1. Kiçikölçülü, notbuk­ların və smartfonların bir çox keyfiy­yət­lərini özün­də birləşdirən çoxfunksiyalı kom­püter.

P.-in notbukdan fərqi onun yün­gül­lü­yündə, qatlanmamasında və ­ayrı­ca klaviaturasının olmamasındadır. 

2. Verilənləri və qrafik təsvirləri kompüterə klaviaturasız daxil et­mək üçün lövhə formasında qurğu.

Belə qurğulara qrafik P. deyilir. Verilənlər və təs­virlər qrafik P.-in üzərinə xüsusi «qə­ləm»lə həkk olunur və siqnallara çevrilərək kom­püterə ötürülür.

3. Fotoşəkilləri çap etmək üçün dördkünc lövhə şəklində ­qur­ğu.

Bu qurğunun üzərində ölçülərini bö­yütmək, yaxud kiçiltmək mümkün olan çərçivə bər­kidilir və işığahəssas təbəqəyə malik foto­kağız onun içində yerləşdirilir.

4. Nəşriyyat sis­temlərində – təsviri kom­püterə daxil etmək üçün koordinatları göstərən xüsusi qurğu ilə təchiz olunmuş yastı lövhə.

Jurnalistika terminləri lüğəti

plüralizm

lat. pluralis – çoxlu

1. Müxtəlif etnik, irqi, dini, sosial qruplardan ibarət, bu qrupların öz iqtisadi, siyasi, mədəni xüsu­siyyətlərini qoruyub saxlamaqla birgə in­kişaf etdikləri cəmiyyətin quruluş prinsipi. 

2. Hər hansı məsələdə, problemə yanaş­mada fərqli baxışların mövcudluğu, fikir müxtəlifliyi və onların ortaya çıxa­rılması imkanı. 

3. Kütləvi informasiya va­sitələrindən cəmiyyətdə mövcud olan müx­təlifliyi, hər hansı məsələdə, problemə yanaşmada fərqli baxışları əks etdirməyi tələb edən fəaliyyət prinsipi.

P. Azər­baycanda teleradio fəaliyyətinin qanunla təsbit olunmuş əsas prinsiplərindən biri, ölkə jurna­list­lərinin peşə davranışı qaydalarının birinci prinsipinin (həqiqətə xidmət, dəqiqlik və obyektivlik) tərkib his­səsidir. Çox vaxt mü­əyyən ərazidə müxtəlif ictimai-siyasi yö­nümlü KİV-in olması orada ­­P.-in təza­hürü kimi qiymətləndirilir. La­­kin mediada P. fərq­li baxışların paralel ­müs­­­­­­təvilərdə deyil, eyni müstəvidə – eyni KİV-də əks etdirilməsi tələbi irəli sürən prin­sipdir. 

4. Hər bir re­allığın onu təşkil edən müxtəlifliklərin cəmindən yaranması və son nəticədə tə­biətdə bir neçə paralel reallığın möv­cud­luğu haqqında nə­zəriyyə.

Jurnalistika terminləri lüğəti