ing. Portable Document Format – «daşınan sənəd formatı» ifadəsinə daxil olan sözlərin baş hərflərindən ibarət abreviatura
Sənədlərin elektron şəkildə kompüterə köçürülməsi, saxlanması və ötürülməsi üçün istifadə edilən, redaktəsi mümkün olmayan fayl formatı.
Bu format Adobe Systems firması tərəfindən Post Script dilinin imkanlarından istifadə etməklə yaradılıb və əsasən, poliqrafiya məhsullarının elektron fayl şəklinə salınması üçün nəzərdə tutulub. PDF fayllar Adobe Reader proqramı, bəzi digər proqramlar vasitəsilə açıla və oxuna bilir.
Jurnalistika terminləri lüğətiAmerikada 1830-cu illərdən istehsal edilən ucuz bulvar qəzetləri.
Belə nəşrlərin kütləvi istehsalı buxarla işləyən çap maşınları yarandıqdan sonra mümkün olub. Başqa qəzetlər 6 sentə satıldığı halda, yeni bulvar qəzetləri 1 sentə satılıb və buna görə P.M. adlandırılıb. Onlar kriminal xronika, yerli xəbərlər, sensasiyalı materiallar dərc edib və qısa müddətdə əhalinin kasıb təbəqələrinin əsas informasiya mənbəyinə çevrilib. 1851-ci ildə Nyu-Yorkda P.M.-nın daha bir nümunəsi – The New York Daily Times qəzeti işıq üzü görüb. Qəzetin təsisçiləri yazırdılar: «Biz düşünmürük ki, cəmiyyətdə hər şey tamamilə yaxşı, ya tamamilə pisdir – biz yaxşı olanı qorumaq və inkişaf etdirmək, şəri isə yox etmək, yaxud dəyişmək istəyirik». Bu, fəaliyyətə «penni qəzeti» kimi başlamış, altı ildən sonra isə adını dəyişərək dünya mediasına ən yüksək peşə standartları gətirmiş The New York Times idi.
See also:
Jurnalistika terminləri lüğətiyun. peri – ətraf + yun. phrasis – ifadə
Bir anlayışın eyni məna verən, yaxud onun əsas xüsusiyyətlərini əks etdirən sözlərlə, ifadələrlə əvəz olunması.
P. – obyektin adı birbaşa çəkilməmək şərti ilə onun təsviridir: «Azərbaycanım» əvəzinə «Odlar yurdum mənim», «mən» yerinə «bu sətirlərin müəllifi» yazılmasıdır. Çox zaman bir sözü işlətmək istəməyəndə də P.-dan istifadə olunur: məsələn, «arvadım» yox, «bizim uşaqların anası» deyilir.
See also:
Jurnalistika terminləri lüğətiYuxarı səviyyəli, dinamik proqramlaşdırma dili.
P. 1987-ci ildə amerikalı linqvist Lari Uoll tərəfindən yaradılıb. Termin ingilis dilində Practical Extraction and Report Language (verilənlərin çıxarılması və hesabatların tərtib olunması üçün praktik dil) sözlərinin baş hərflərindən əmələ gəlib. P. dilinin simvolu dəvədir. Bu onun çətin vəzifələrin öhdəsindən gələ bilmək qabiliyyətinə işarədir. P.-dən vebdə proqramlaşdırma, qrafik proqramlaşdırma, sistem proqramlaşdırması, şəbəkə proqramlaşdırmasında, bioinformatikada və digər sahələrdə istifadə olunur.
Jurnalistika terminləri lüğətifr. personnage < lat. persona – şəxsiyyət, şəxs
Hər hansı sənət əsərində cərəyan edən hadisələrin iştirakçısı.
Bu əsər roman, tamaşa, film, kompüter oyunu, komiks və s., P. isə uydurulmuş, yaxud həyatdan götürülmüş real obraz, insan, heyvan, mifik varlıq, hətta müəllifin canlandırdığı əşya da ola bilər. Faktik cəhətdən əsərin bütün iştirakçıları – P.-lardır. Lakin bəzi hallarda onun əsas qəhrəmanları fərqləndirilir və P. dedikdə yalnız ikincidərəcəli iştirakçılar nəzərdə tutulur.
Jurnalistika terminləri lüğətilat. persona – şəxs + lat. facio – edirəm
1. Təbiət hadisə və qüvvələrinin, heyvanların, bitkilərin, əşyaların, mücərrəd anlayışların insan cildində göstərilməsi və ya onlara insan xüsusiyyətlərinin verilməsi.
2. Hər hansı kütləvi prosesin, sosial prosesin, hərəkatın, hadisənin, məsələn, qələbənin, yaxud məğlubiyyətin bir şəxsin adı ilə bağlanması.
Bu mənada P. və «fərdiləşdirmə» anlayışları sinonim kimi işlədilir.
Jurnalistika terminləri lüğətilat. perspicio – aydın görürəm
1. Uzaq məsafədən görünüş, mənzərə.
Müşahidəçi ilə müşahidə obyekti arasında məsafədən asılı olaraq bu mənzərənin forması və rəngi olduğu kimi deyil, dəyişmiş şəkildə qavranılır.
2. Obyektin müşahidə nöqtəsindən uzaqlığından asılı olaraq gözlə qavranılan cəhətlərinə uyğun şəkildə müstəvi üzərində təsviri.
Foto və teleçəkiliş zamanı reallıqda üçölçülü obyektlər müstəvi (lent, təbəqə) üzərində ikiölçülü təsvirə malik olur. Buna görə də operator və fotoreportyorların P. qanunlarını bilməsi onların daha uğurlu çəkiliş bucağı seçməsinə kömək edir.
3. Gələcək plan, nəzərdə tutulan, təxmin edilən, gözlənilən imkan, hərəkət; məs.: redaksiyanın P. planı, P. planlaşdırma.
Jurnalistika terminləri lüğətiPeşə fəaliyyətinin xüsusiyyətlərindən, həmçinin konkret şəraitdən asılı olaraq mütəxəssisin rəhbər qurumlar, həmkarları, hakimiyyət orqanları və əhalinin müxtəlif təbəqələri ilə müəyyən mənəvi prinsip və normalar əsasında tənzimlənən münasibətləri.
Təcrübə göstərir ki, yüksək səviyyədə etik məsuliyyət formal çərçivələrə sığmayan, insanların cəmiyyətdəki mövqeyinə, mənəvi və fiziki sağlamlığına güclü, bəzən həlledici təsir göstərən peşə sahiblərindən – müəllimlərdən, hüquqşünaslardan, həkimlərdən, jurnalistlərdən tələb olunur. Jurnalistikada P.D. termini «peşə etikası», «peşə əxlaqı» anlayışlarının sinonimidir.
See also:
Jurnalistika terminləri lüğətiMütəxəssisin öz fəaliyyətində rəhbər tutmalı olduğu prinsiplərin, həmkarları, hakimiyyət orqanları və əhalinin müxtəlif təbəqələri ilə münasibətlərini tənzimləyən mənəvi normaların toplusu.
Bu prinsip və normalar peşə fəaliyyətinin xüsusiyyətlərindən irəli gəlir və konkret şəraitə uyğun olur. Jurnalistikada P.D.Q. termini «peşə etikası kodeksi» anlayışının sinonimidir. P.D.Q.-na, əsasən, jurnalistlərin dəqiqliyini, obyektivliyini, qərəzsizliyini, informasiya qaynaqlarına sayğılı münasibətini təmin edən standartlar, maraqlar münaqişələrinin həlli üsulları daxildir. Onlar jurnalistlər birlikləri, ayrı-ayrılıqda KİV tərəfindən sənəd formasında qəbul olunur, imzalanır. P.D.Q.-nın hüquqi qüvvəsi yoxdur, lakin onlar özünütənzimləmə mexanizminin özəyini təşkil edir və auditoriyanın etibarını qazanmaq istəyən KİV bu qaydalara əməl etmək haqqında üzərinə könüllü öhdəlik götürür. Azərbaycanda ilk peşə əxlaqı kodeksi 1991-ci ildə Azərbaycan Jurnalistlər Birliyi tərəfindən, ikinci P.D.Q. 2003-cü ildə Mətbuat Şurasının qurultayı tərəfindən qəbul olunub.
See also:
Jurnalistika terminləri lüğətiJurnalistlərin məlumat toplamaq, hazırlamaq, yaymaq hüququnu məhdudlaşdırma, yaxud onları hər hansı informasiyanı yaymağa məcburetmə.
Belə əməllər zor göstərməklə, hədələməklə, digər üsullarla həyata keçirilə bilər və qanunla qadağandır. Jurnalistikada P.F.M. dedikdə, əsasən, senzura yeridilməsi, redaksiyanın peşə müstəqilliyinə müdaxilə edilməsi, redaksiyanın fəaliyyətinin qeyri-qanuni dayandırılması və avadanlığına ziyan yetirilməsi, tirajın müsadirə, yaxud məhv olunması, jurnalistin informasiya sorğusunun cavabsız qoyulması, ona fiziki təzyiq göstərilməsi və bu kimi hərəkətlər nəzərdə tutulur.
Jurnalistika terminləri lüğəti