lat. intervallum – arakəsmə, məsafə
1. Hadisələr arasında zaman və ya məkan fərqi, müddət, məsafə.
2. Qonşu sətirlərin baza hissələri (hərflərin düzüldüyü xətlər) arasında məsafə.
«Sətirarası İ.» termini, adətən, kompüterdə yığılmış mətnlərə aid olunur. Mətbəə yığımında isə onun sinonimi olan «interlinyaj» terminindən istifadə edilir.
Jurnalistika terminləri lüğətiing. interviewer – müsahibə aparan
1. Müsahibə götürən, məlumat toplamaq üçün həmsöhbətinə suallar verən mütəxəssis, jurnalist.
2. Radio və televiziyada geniş müsahibələrdən ibarət verilişlərin aparıcısı, bu sahədə ixtisaslaşmış peşəkar jurnalist.
Belə verilişlər aktual mövzulara, yaxud auditoriyanın maraq dairəsində olan şəxslərə həsr edilir. İnformasiyanın toplanması prosesində tez-tez qısa müsahibələr götürən digər həmkarlarından, məsələn, reportyorlardan fərqli olaraq İ. hər müsahiblə görüşə xüsusi hazırlıq görür, söhbət zamanı psixoloji məqamlara diqqət yetirməyi, mövzunun dərinliklərinə nüfuz etməyi bacarır. İ.-in professionallığı, erudisiyası və aparıcılıq qabiliyyəti portret-müsahibələrdə daha qabarıq üzə çıxır.
Jurnalistika terminləri lüğətilat. intonare – ucadan tələffüz etmək
1. Danışıq zamanı səsin tonu, yüksəlib-alçalması, tempi ilə xarakterizə edilən keyfiyyəti.
2. Danışanın toxunduğu mövzu ilə əlaqədar hislərini əks etdirən tələffüz tərzi; bir şeyə yanaşma tərzinin, münasibətin səslə ifadəsi.
Jurnalistika terminləri lüğətilat. inversio – çevrilmə, yerdəyişmə
1. Xüsusi diqqət cəlb etmək üçün mətnin qara, yaxud rəngli fonda ağ hərflərlə verilməsi, habelə bu üsulla fərqləndirilən mətn.
2. Hər hansı sözün məna yükünü artırmaq üçün onun cümlədə yerinin dəyişdirilməsi, ifadədə önə çıxarılması.
Jurnalistika terminləri lüğətiFilmdə, verilişdə, fotoqrafiyada hər hansı obyektin miqyasına görə digərlərindən daha böyük, qabarıq təsviri.
Bu halda kadrın əksər hissəsini məhz İ.P.-da çəkilən obyekt tutur, tamaşaçının bütün diqqəti ona yönəldilir. Ən İ.P.-a, məsələn, sifətin səyriyən əzələsini əks etdirən mənzərəyə «detal» deyilir. Yalnız filmin personajının, verilişin iştirakçısının gözləri göstərilən İ.P. isə «italyan planı» adlanır (belə kadrlar 1960-cı illərdə İtaliya filmlərində tez-tez nümayiş etdirilirdi).
See also:
Jurnalistika terminləri lüğəti1. Dövri mətbu nəşrin hər buraxılışında əks etdirilməsi məcburi olan məlumatlar.
İ.M.-na nəşrin adı, sıra sayı, indeksi, tirajı, qiyməti, çapdan çıxdığı tarix, çapa imzalanma vaxtı, habelə təsisçi (həmtəsisçi) və baş redaktorun (redaktorun) soyadı, adı, redaksiyanın və mətbəənin ünvanları daxildir.
2. Gün ərzində yayım aparılarsa, azı dörd dəfə, başqa hallarda isə yayımın əvvəlində və sonunda yayımçı tərəfindən elan edilməli olan məlumatlar.
Bu məlumatlara yayımçının adı, ünvanı, kanalın çağırış kodu, verilişin adı və efir vaxtı, müəllifin, habelə efirə buraxılış üçün icazə vermiş baş redaktorun (redaktorun) adı və soyadı, digər informasiyalar aiddir.
Jurnalistika terminləri lüğətiCinayət işi üzrə məhkəmə baxışınadək yayılmasına icazə verilməyən ibtidai araşdırma məlumatları.
Qanunvericilikdə İ.S.-nə aid edilə biləcək informasiyaların konkret sərhədi göstərilmir. Yalnız terrorçuluğa, silahlı mütəşəkkil dəstələr tərəfindən törədilən cinayətlərə, yetkinlik yaşına çatmayan proses iştirakçılarının şəxsiyyətinə dair məlumatların icazəsiz yayılmasına birbaşa məhdudiyyət qoyulur. Qalan hallarda İ.S.-nin dairəsini ibtidai araşdırmanın maraqlarını, habelə onun iştirakçılarının hüquq və mənafelərini nəzərə alaraq istintaqı aparan şəxs, işə prosessual rəhbərliyi həyata keçirən prokuror və ya məhkəmə müəyyənləşdirir. Müvafiq xəbərdarlıq aldıqdan sonra belə məlumatları yayan KİV və jurnalistlər məsuliyyət daşıyırlar.
See also:
Jurnalistika terminləri lüğəti