Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

domen

lat. dominium – mülk, sahə

Say­tın internet şəbəkəsində yerini müəy­yənləşdirməyə imkan verən, hərf və işa­­­rə­­lərdən ibarət simvolik ad.

D. – say­tın yadda saxlanılması çətin olan aypi-ünvanının sadə əvəzləyicisidir. Beynəlxalq razılaşmaya görə, o, iki səviyyədən iba­rət­dir. İki-üç hərfdən ibarət birincidərəcəli D. saytın yaradıldığı ölkəni göstərir; məs.: Azərbaycan – az, Türkiyə – tr, Yaponiya – jp və s. Bundan başqa, coğrafi mən­su­biyyətlə deyil, saytın istiqaməti ilə bağlı olan birincidərəcəli D. adlar da mövcuddur; məs.: com – kommersiya, org – qeyri-kommersiya, edu – təhsil müəssisələri üçündür. İkincidərəcəli D.-lər isə xüsusi səlahiyyətə malik təşkilatlar tərəfindən bilavasitə saytların sahiblərinə çox zaman ödənişli əsaslarla icarəyə verilir. Adətən, onu icarədarın özü seçir; məs.: azleks.az.

Jurnalistika terminləri lüğəti

dövlət sirri ilə işləməyə buraxılma

Və­təndaşların dövlət sirri təşkil edən məlu­matlarla tanış olmağa, müəssisə, idarə və təş­kilatların isə belə məlumatlardan isti­fadə etməklə işlərin icrasına buraxılması hü­qu­qunun rəsmiləşdirilməsi qaydası.

D.S.İ.­İ.B. könüllülük prinsipi əsasında həyata keçirilir, bu hüquq, bir qayda ola­raq, ölkə vətəndaşlarına şamil edilir. Belə informa­siyalarla tanış olmağa və işləməyə bura­xılan vəzifəli şəxs və vətəndaş, o cümlədən jurnalist: ona etibar edilmiş dövlət sirri təşkil edən məlumatların ya­yıl­maması ba­rə­də öhdəlik götürməli; dövlət sirri haq­qında qanunvericiliyin pozul­masına görə məsuliyyət nəzərdə tutan normalarla tanış olmalı; həmin qanun­vericilikdə əksini tap­mış müvəqqəti məh­dudiyyətlərə, habelə onun barəsində sə­la­hiyyətli orqanlar tərə­findən yoxlama tədbirlərinin keçirilməsinə yazılı razılıq verməlidir.

See also:

Jurnalistika terminləri lüğəti

dövlət sirri təşkil edən məlumatların daşıyıcıları

Dövlət sirri təşkil edən məlumatların rəmzlər, obrazlar, siqnallar, texniki qərarlar və proseslər şəklində əks olun­duğu maddi obyektlər, o cümlədən fiziki sahələr.

Belə daşıyıcılar müvafiq rek­vizitlərə malik olur. Həmin rekvizitlərdə daşıyıcıdakı məlumatın məxfilik dərəcəsi, daşıyıcını məxfiləşdirən dövlət hakimiyyəti orqanı, müəssisə, idarə və təşkilatın adı, qeydiyyat nömrəsi, məlumatın məxfiliyinin açılması tarixi və ya şərti, yaxud buna sə­bəb ola biləcək hadisə göstərilir.

See also:

Jurnalistika terminləri lüğəti