Teleradio verilişlərinin, xəbərlərin əvvəlcədən lentə alınmadan birbaşa efirə ötürülməsi.
Televiziya yeni yaranan dövrdə yayım yalnız canlı aparılırdı. Yaradıcılıq və texniki baxımdan birbaşa C.Y. radio və televiziya jurnalistlərindən yüksək professionallıq tələb edir.
See also:
Jurnalistika terminləri lüğətiHər hansı materialda hüquqları pozulmuş, yaxud hüquqlarının pozulduğunu iddia edən şəxsin həmin materialla əlaqədar göndərdiyi cavaba müəllifin və redaksiyanın şərhi, cavabla bağlı təkzibi.
KİV haqqında qanunvericiliyə görə, cavab dərc olunan (efirə gedən) buraxılışda onu şərh və ya təkzib etməyə yol verilmir. C.C. yalnız kütləvi informasiya vasitəsinin sonrakı buraxılışlarında yerləşdirilə bilər.
See also:
Jurnalistika terminləri lüğətiKütləvi informasiya vasitəsində fiziki və hüquqi şəxsin şərəfini, ləyaqətini ləkələyən böhtan və təhqir xarakterli məlumatlar yayıldıqda, fikirləri təhrif olunduqda həmin şəxsin, yaxud onun nümayəndəsinin eyni KİV-də təkziblə çıxış etmək hüququ.
C.H. belə məlumatlar yayıldığı gündən bir ay müddətində qüvvədə olur. Qanunvericiliyə görə, mətbu nəşrlər cavabı daxil olduğu gündən sonrakı nömrədə «Təkzib» başlığı altında dərc etməli, radio və televiziya kanalları isə onu müvafiq verilişin növbəti buraxılışında oxumalıdır. C.H.-ndan istifadə etmək istəyən şəxsə (onun nümayəndəsinə) efirdə çıxış imkanı da yaradıla bilər. Redaksiya cavab mətnində heç bir dəyişiklik etməməlidir, lakin bu mətn cavabı verilən məlumatın həcmindən iki dəfədən artıq olmamalıdır.
See also:
Jurnalistika terminləri lüğətiHər hansı materialda hüquqları pozulmuş, yaxud hüquqlarının pozulduğunu iddia edən şəxsin həmin materialla əlaqədar göndərdiyi cavabı yaymaqdan kütləvi informasiya vasitəsinin imtina etməsi.
Cavab rədd edildikdə KİV redaksiyası bu barədə onu göndərmiş şəxsə 3 gün müddətində məlumat verməli və qərarını əsaslandırmalıdır. Qanunvericilikdə C.R.E.-nə yalnız aşağıdakı hallarda yol verilir: cavab məhkəmənin qanuni qüvvəyə minmiş qərarına ziddirsə; imzasızdırsa; həmin məlumat barədə KİV-də artıq təkzib verilmişdirsə; cavabın mətni cavabı verilən məlumatın həcmindən iki dəfədən çoxdursa; məlumatın yayılmasından 1 aydan çox müddət keçmişdirsə.
See also:
Jurnalistika terminləri lüğətiHər hansı hüquq pozuntusuna görə yayımçılar, redaksiya, jurnalist tərəfindən dövlətin, yaxud zərərçəkənin xeyrinə ödənilən maddi vəsait, cəza növü.
Adətən, KİV yalnız məhkəmənin qərarı ilə cərimələnə bilər. Lakin bəzi ölkələrdə özünütənzimləmə orqanları (mətbuat şuraları, şikayətlər üzrə komissiyalar), həmçinin yayım şuraları, federal yayım komissiyaları kimi müstəqil dövlət qurumları da KİV-i C. etmək hüququna malikdir.
Jurnalistika terminləri lüğətiing. jingle – zəng, zınqırov
1. Radio verilişini anons edən, həmçinin radio verilişində rubrikaları bir-birindən ayıran qısa musiqi parçası.
2. Qısa reklam çağırışı, yaxud reklam anonsunu müşayiət edən musiqi parçası.
Radiostansiyaların çağırışlarına da («Siz A dalğasında B radiosunu dinləyirsiniz») C. deyilir.
Jurnalistika terminləri lüğəti1. Diskin yaddaşının bir seqmenti.
Bu seqment diskin üzərində çox nazik, sıx dairəvi zolaq şəklində olur. Yazı zamanı disk fırlanqdıqca, informasiya ardıcıllıqla həmin zolaqlara həkk edilir.
2. Bax: səs cığırı.
3. Videotəsvirin bir təbəqəsi.
Çəkiliş və ya montaj zamanı bir neçə C.-dan istifadə olunursa, təsvir təbəqələrlə üst-üstə yığılır və vahid mənzərə yaradır.
Jurnalistika terminləri lüğəti