Radio və televiziyada səsyazma zamanı təbii əks-səda effekti yaratmaq üçün istifadə edilən qapalı məkan.
Ə-S.O. müvafiq elektroakustik avadanlıqla təchiz olunur. Səs mənbəyindən gələn birbaşa siqnal gücləndirilərək mikrofona yönəldilir və elektroimpuls şəklində səs pultuna ötürülür. Birbaşa siqnalla təcrid olunmuş otaqdakı mikrofondan verilən siqnalların müvafiq qaydada birləşdirilməsi nəticəsində reverberasiya (dalğalı əks-səda) effektinə nail olunur. Bu yolla iki nəfər arasında söhbətin, məsələn, mağarada baş verdiyi təsəvvürü yaradılır. Rəqəmli texnologiyaların inkişafı səsin reverberasiyasını yaratmaq üçün Ə-S.O.-na ehtiyacı faktik olaraq aradan qaldırır.
Jurnalistika terminləri lüğətiHər hansı fikrin, ideyanın eyni auditoriyada dəfələrlə təkrarlanması yolu ilə populyarlaşmasına xidmət edən media texnologiyası.
Ə-S.K. ideyanın KİV-də, yaxud konkret kanalda ardıcıl, hərtərəfli müzakirəsi vasitəsilə deyil, onun müxtəlif insanlar tərəfindən davamlı olaraq dəstəklənməsi nəticəsində yaradılır. Belə qapalı sistemdə alternativ rəylərə yer yoxdur: bir fikir o qədər təkrarlanır ki, auditoriya artıq onu «danılmaz həqiqət» kimi qəbul edir və həmin fikrin reallığa nə dərəcədə uyğun gəldiyi barədə düşünmür.
Jurnalistika terminləri lüğətiİnsanın zəkası, intellektual əməyi nəticəsində yaradılan qeyri-maddi mülkiyyət.
Əqli əməyin nəticəsi, adətən, əsər, digər yaradıcılıq məhsulu formasında maddiləşir, bununla da üçüncü şəxslər tərəfindən istifadə oluna, hətta mənimsənilə bilir. Buna görə Ə.M. obyektinin yaradıcısına qanunla onun mülkiyyətini qoruyan hüquqlar verilir. Azərbaycan qanunvericiliyində həm Ə.M., həm də onun sinonimi olan «intellektual mülkiyyət» terminlərindən istifadə edilir.
See also:
Jurnalistika terminləri lüğətiMüəlliflik hüququnun obyekti olan əsərlərə, ifalara, fonoqramlara, yayım təşkilatlarının verilişlərinə, inteqral sxemlərə, məlumat toplularına, folklor nümunələrinə, ixtiralara, sənaye nümunələrinə, əmtəə nişanlarına və əmtəənin coğrafi mənşə işarələrinə sahiblik hüquqları.
Ə.M.H.-nın sahibi – bu hüquqların məxsus olduğu fiziki və ya hüquqi şəxslər, folklor nümunələrinə (ənənəvi mədəni nümunələrə) münasibətdə isə Azərbaycan Respublikası hesab edilir.
See also:
Jurnalistika terminləri lüğətiƏsərlərin auditoriyaya çatdırılması prosesində bilavasitə iştirak edən fiziki və hüquqi şəxslərin müəllif hüquqlarından törəyən hüquqları.
Ə.H.-ın subyektləri ifaçılar, fonoqram istehsalçıları və yayım təşkilatlarıdır. Onların hüquqları ifa və istehsal etdikləri, yaydıqları əsərlərin müəlliflərinin hüquqları ilə sıx bağlı olduğu üçün «əlaqəli» adlandırılır. Müəlliflik hüququ kimi, Ə.H. da qanunvericiliklə qorunur.
Jurnalistika terminləri lüğətiTeleradio yayım siqnalının tərkibində ötürülən və proqramlarla heç bir əlaqəsi olmayan vizual, audiovizual informasiya, yaxud səs məlumatı.
Ə.İ. hərflər və rəqəmlərdən, qrafik təsvirlərdən, digər xarakterli məlumatlardan ibarət ola bilər.
See also:
Jurnalistika terminləri lüğətiÇap kütləvi informasiya vasitələri məhsullarının əldən-ələ istehlakçıya çatdırılması üsulu.
Ə. satış məntəqələrinin olmadığı yerlərdə – küçələrdə, meydanlarda, istirahət zonalarında, böyük müəssisə daxilində və s.-də olduqca səmərəlidir. O, xüsusi firmalar, yaxud redaksiyanın özü tərəfindən həyata keçirilə bilər. Ə. istehlakçı ilə istehsalçı arasında birbaşa əlaqə yaratdığı üçün ondan həm də marketinq, canlı reklam forması kimi istifadə olunur.
See also:
Jurnalistika terminləri lüğətiƏllə yazılmış mətn.
Hazırda əllə yazı üsulundan az istifadə olunduğu üçün bu termin müasir əsərlərin orijinallarına, lakin daha çox qədim ədəbi əsərlərə şamil edilir. Latın dilində Ə.-ya manuskript (lat. manus – əl + lat. scribo – yazıram) deyilir, qədim Ə.-lar məhz belə adlandırılır.
Jurnalistika terminləri lüğətiİnternetdən öncə yaranmış kütləvi kommunikasiya vasitələri – mətbuat, televiziya, radio.
Dünyada onlara «köhnə media» (old media – Collins lüğətləri), «miras media» (legacy media – Urban lüğəti), «əsas media» (mainstream media – Oksford lüğətləri) da deyilir.
See also:
Jurnalistika terminləri lüğətiMedia təşkilatının, onun ayrı-ayrı strukturlarının iş rejimini, funksiyalarını, öhdəlik və vəzifələrini, yaradıcı fəaliyyətinin sərhədlərini müəyyən edən sənəd, qaydalar toplusu.
Nizamnamədən fərqli olaraq media təşkilatında bir neçə (məsələn, şöbələr üzrə) Ə. ola bilər və onların qüvvəyə minməsi üçün dövlət orqanından qeydiyyatdan keçirilməsi tələb olunmur.
Jurnalistika terminləri lüğəti