Zolaqlar şəklində kəsmək, zol-zol etmək. □ Gönü zollamaq.
1. Vulqarizm. Uzun, möhkəm bir şeylə bərk vurmaq, ilişdirmək,çəkmək. □ Dəli şeytan deyir ki, bir dəyənək; Mollanın zolla başına zirək. (S.Ə.Şirvani).
2. Vulqarizm. Yararsız bir şey kimi atmaq, tullamaq. □ Ah, o saətdən lüt eylər mürdəşir əndamüvi; Taxta üstündə yuvar, tabutə zollar canüvi. (M.Möcüz).
Azərbaycan dilinin izahlı lüğəti