1. Yuvarlaq bir şeyi itələyib hərəkət etdirmək; gillətmək. □ Topu yuvarlamaq. Daşları başıaşağı yuvarlamaq. Çarxı yuvarlayaraq gətirdi.
2. Yuvarlaq hala salmaq, girdə və ya uzunsov, lülə şəkli vermək. □ Qəzeti yuvarlamaq.
3. Məcazi mənada: sövq etmək, sürükləmək, aparmaq, aparıb çıxarmaq. □ Uçuruma yuvarlamaq. Bataqlığa yuvarlamaq.