Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

yumruqlamaq [yumruxlamax] feil

1. Əlini yumulmuş vəziyyətə salmaq. □ Solmaz əllərini yumruqlayıb balınca dayadı, ancaq qalxa bilmədi. (S.Rəhimov).
2. Yumruqla vurmaq (döymək), yumruqla taqqıldatmaq (döymək, döyəcləmək). □ ..bir şey lazım olduqda, öz otağı ilə Tellinin sakin olduğu otaq arasındakı divarı yumruqlardı. (S.Hüseyn).
3. Məcazi mənada: döyəcləmək. □ Kənarda şiddətlə əsən qış ruzgarı birqat pəncərələri yumruqlayır, kiçik qar və buz zərrələri ilə bombardman edirdi. (H.Nəzərli).

Azərbaycan dilinin izahlı lüğəti