Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

yüksək [yüksəx'] sifət

1. Uca, hündür. □ Yüksək bina. Yüksək dağ. Yüksək ağac. Yüksək təpə.
2. Ucalarda olan. □ Yüksək yer. Yüksək yaylaqlar. Yüksəkdə uçan təyyarə.
3. Adi səviyyədən yuxarı. □ Suyun səviyyəsi hələ də yüksəkdir.
4. Say, qüvvə, şiddət və s. cəhətdən böyük, çox güclü, çox artıq. □ Yüksək əmək məhsul darlığı. Yüksək məhsul. Yüksək sürət. Yüksək qiymət. Yüksək hərarət. Yüksək təzyiq. Yüksək gərginlik.
5. Keyfiyyətcə yaxşı, əla. □ Yüksək sənət nümunələri. Yüksək mədəniyyət. Yüksək ixtisas. Yüksək keyfiyyətli mal.
6. Çox böyük əhəmiyyəti olan; ali, şərəfli, fəxri. □ Yüksək mükafat. Ədəbiyyatın yüksək vəzifəsi.
7. Dərin, qeyri-adi məzmunlu, böyük, ulu, ali. □ Yüksək ideya. Yüksək ideal. Yüksək hisslər. Yüksək arzular. Yüksək mövzuda söhbət.
8. Təmtəraqlı, təntənəli. □ Yüksək üslub. Yüksək ifadələr.
9. Çox nazik və uca. □ Yüksək səs. Yüksək not.

See also:

frazeologizm: yüksək tutmaq frazeologizm: yüksəkdə durmaq frazeologizm: yüksəyə qaldırmaq jurnalistika: yüksək çap jurnalistika: yüksək təsvirli televiziya coğrafiya: yüksək enliklər coğrafiya: yüksək laylı buludlar coğrafiya: yüksək topa buludlar Azərbaycan dilinin izahlı lüğəti