1. Yaşamaq üçün kifayət qədər vəsaiti, imkanı olmayan, ehtiyac içində olan; kasıb, möhtac. □ Yoxsul kəndlilər. Yoxsul adam. Əhalinin yoxsul təbəqəsi.
2. İsim kimi: yaşamaq üçün kifayət qədər vəsaiti, imkanı olmayan,ehtiyac içində olan adam; kasıb, möhtac. □ Var bu kənddə yenə elə yoxsullar; Nə cütü var, nə kotanı, nə kəli. (A.Səhhət).
3. Miskin, kasıb, bəzəyi-düzəyi olmayan, çox sadə. □ Yoxsul həyat yaşamaq.
4. Bir şeyi çatışmayan, ya az olan; nöqsanlı, çox məhdud. □ Ağıldan yoxsul.