1. İtələyib, vurub, yaxud bərk toxunub yerə salmaq, yerə düşürtmək, yerə vurmaq; aşırmaq. □ Öküzü nallamaq üçün yerə yıxdılar. Külək adamı yıxır.
2. Üzərindən atmaq, yerə salmaq, devirmək, yerə vurmaq. □ Uşağı at yıxdı.
3. Yanı üstə qoymaq.
4. Bütün ağırlığı ilə düşmək, salmaq. □ ...güclə özünü taxtın üstünə yıxdı. (Mir Cəlal).
5. Uçurmaq, dağıtmaq, xaraba qoymaq, viran etmək. □ Divarı yıxmaq.
6. Güləşmədə basmaq, məğlub etmək. □ Süleymanı bu vaxtadək yıxan olmamışdı, elə verdin xoruzunu qoltuğuna!.. (C.Cabbarlı).
7. Məcazi mənada: devirmək, zorla hakimiyyəti əlindən almaq, mövqeyindən, vəzifəsindən düşürmək; mövqeyindən, vəzifəsindən düşməsinə nail olmaq. □ İstismarçı sinifləri yıxmaq.
8. Atmaq, həvalə etmək, yükləmək (adətən tərkiblərdə). □ Üzərinə yıxmaq. Üstünə yıxmaq. Öhdəsinə yıxmaq.
See also: